Icma.az
close
up
RU
Macarıstan Azərbaycanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıranda Avropa reallığını görürdü

Macarıstan Azərbaycanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıranda Avropa reallığını görürdü

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Macarıstanın xarici işlər naziri nəşri bu gün Budapeştdə Azərbaycanla İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası ilə bağlı paylaşıb. "15 il əvvəl biz Azərbaycanla qarşılıqlı hörmət və fayda əsasında tərəfdaşlıq münasibətləri qurmağa başlayanda bəzi Avropa liderləri bizi məsxərəyə qoydular və mühazirə oxudular. Bu gün eyni liderlər prezidentlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar", - Siyarto sosial şəbəkədə yazıb.

Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Macarıstana ağıllı və uzaqgörən lider rəhbərlik edir.

Azər Badamov

“15 il əvvəl Macarıstan Azərbaycanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasına imza atanda Avropanın bugünki reallığını görürdü. Halbuki, Avropa İttfaqına daxil bəzi ölkələr Macrıstanın Azərbaycanla ikitərəfli münasibətləri qurmağını məsxərəyə qoyurdular. Amma Macarıstan Azərbaycanla qarşılıqlı hörmət və fayda əsasında ikitərəfli münasibətləri qurdu və bu gün onun faydasını görür. Macarıstanın dövlət başçısı Prezident İlham Əliyevin uzaqgörən siyasətini yaxşı başa düşürdü və ona görə də ölkəmizin təşəbbüs göstərdiyi beynəlxalq layihələri bəzilərindən fərqli olaraq dəstəklədi.

Azərbaycan TAP layihəsi ilə bağlı təşəbbüs göstərəndə bəzi Avropa liderləri bu layihəni uğursuz hesab etdilər. Çünki, o vaxtı Avropa ölkələri rahat şəkildə mövcud marşrutlar üzrə karbohidrogen resurslardan istifadə edirdilər. Amma onlar sonra baş verə biləcək hadisələri hesablaya bilmədi. Məhz TAP layihəsinin başa çatdığı dövrdə Avropada reallıqlar dəyişildi və Azərbaycan qazına kəskin ehtiyac yarandı. Bu gün Azərbaycan Avropanın 10, Aİ-nin üzv 8 ölkəyə mavi yanacağı ixrac edir. Bu gün Azərbaycanın qazı Avropanın enerji təhlükəsizliyinin yeganə alternativinə çevrildi. Macarıstanın XİN rəhbəri Siyartonun "vaxtilə Azərbaycanla əməkdaşlıq etməkdən çəkinən bəzi Avropa liderlərin bu gün Prezident İlham Əliyevlə görüşmək üçün növbəyə düzülür" deməsi bu günün reallığıdır”-deyən deputat qeyd edib ki, bu gün Azərbaycan Macarıstan əlaqələri günü-gündən dərinləşir.

Azər Badamovun fikrincə, münasibətlərimizin möhkəmlənməsi ölkələrimizi bir-birinə yaxınlaşdırmaqla yanaşı, həm də qarşlıqlı fayda gətirir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri