Britaniya Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətindədir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Strateji Dialoq çərçivəsində çox məhsuldar müzakirələr apardıq və məmnuniyyətlə bildirirəm ki, biz bu dialoqu strateji tərəfdaşlığa kimi yüksəltməyi təklif edirik.
Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti APA-ya müsahibəsində deyib.
“Beləliklə, biz münasibətlərimizi bir çox sahədə daha da dərinləşdiririk. Biz artıq bu münasibətlərin müxtəlif sahələrində əldə etdiyimiz irəliləyişləri müzakirə etdik, lakin hamımız razılaşdıq ki, birgə daha çox iş görə bilərik. Dediyim kimi, bu, təhsil, enerji, infrastruktur, siyasi, hətta müdafiə və təhlükəsizlik sahələrində ola bilər. Bölgədə baş verənləri, Şimal və Cənubdakı çağırışları və əlbəttə ki, Avropanın təhlükəsizliyi və sabitliyinin əhəmiyyətini nəzərə alaraq, Böyük Britaniya ilə Azərbaycanın etibarlı dostlar və tərəfdaşlar kimi birgə çalışması çox vacibdir”, - dövlət naziri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 26 Avqust 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















