Icma.az
close
up
RU
Macarıstan bu gün bütün platformalarda, Azərbaycanın, Azərbaycan da Macarıstanın mənafeyini qoruyur

Macarıstan bu gün bütün platformalarda, Azərbaycanın, Azərbaycan da Macarıstanın mənafeyini qoruyur

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan və Macarıstan arasındakı əlaqələr 1992-ci ildə qurulub və diplomatik əlaqələr qurulandan sonra ölkələrimiz arasında münasibətlər inkişaf etməyə başlayıb. Son zamanlar cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət şaxələndirmiş balanslı siyasət olaraq ölkəmizə kifayət qədər dostlar qazandırır. Avropa İttifaqı üzvü olan Şərqi Avropanın qabaqcıl ölkələrindən biri olan Macarıstanla ilə ikitərəfli və çoxtərəfli münasibətlərimiz zaman ötdükcə yüksələn xətlə inkişaf etməkdədir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, həm Orbanın ölkəmizə səfərləri, həm cənab Prezident İlham Əliyevin Macarıstana səfərləri və imzalanmış sənədlər ölkələr arasında münasibətləri tənzimləyir.

Vüqar İskəndərov

“2014-cü ildə və 2023-cü ildə iki sazişin imzalanması iki ölkə arasındakı strateji əlaqələrin tənzimlənməsində əvəzsiz rol oynayır. Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökuməti hazırda Avropa ölkələri içərisində öz müstəqil siyasəti ilə ağıllı və balanslaşdırılmış siyasəti ilə önə çıxmışdır. Macarıstan Azərbaycanla həm BMT-də, həm Avropa İttifaqında, əsasən də Türk dövlətləri Təşkilatında yüksək səviyyəli münasibətlər sərgiləyir. Macarıstan, Avropa İttifaqı məkanında öz maraqlarını müdafiə edən, kənar qüvvələrin təsiri qoruyan və həmin təsirləri qətiyyətlə məhdudlaşdırmağı bacaran liderə malikdir. Həqiqətən də Macarıstan Avropa İttifaqına daxil olan ölkə kimi öz milli maraqlarını qətiyyətlə qoruyur. Cənab prezident bunu əsl qəhrəmanlıq adlandırıb”-deyən Vüqar İskəndərov vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur.

Deputatın fikrincə, bu münasibətlər strateji müttəfiqliyə qədər apara biləcək.

“Hər iki tərəfdə siyasi iradə mövcuddur və həm cənab İlham Əliyev, həm Macarıstan baş naziri Viktor Orban öz bəyanatlarında və ikitərəfli və çoxtərəfli görüşlərində artıq bu münasibətləri gələcəkdə ən yüksək zirvəyə daşıyacaqlarının anonsunu verdilər. Macarıstan bu gün bütün platformalarda, Azərbaycanın, Azərbaycan da bütün platformalarda Macarıstanın mənafeyini qoruyur. Bu da iki dost ölkəyə, təbii ki, fayda gətirir. Həm də iki ölkə başçılarının şəxsi münasibətləri də bu yüksək səviyyəli əlaqələrə öz müsbət təsirini göstərir”-deyə Vüqar İskəndərov bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 May 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri