Macarıstan dəmir yolunun modernləşdirilməsi proqramına başlayır
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Macarıstan hökuməti 2035-ci ilədək ölkənin dəmir yolu şəbəkəsinin yenilənməsinə təxminən 10 milyard avro həcmində vəsait yatırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, hökumətin təqdim etdiyi Baross Qabor Dəmir Yolu İnkişaf Planı ölkənin tarixində ən iri nəqliyyat layihələrindən biri hesab olunur.
Proqramın əsas məqsədi sərnişindaşımanın etibarlılığını artırmaq, köhnəlmiş infrastruktur və qatar parkını yeniləməkdir. Layihə çərçivəsində ən azı 35 yeni “InterCity” qatarı və 42 HEV şəhərətrafı qatarı alınacaq. Bununla yanaşı, Budapeşt hava limanına dəmir yolunun çəkilməsi, ən işlək 10 vağzalın yenidən qurulması və beynəlxalq marşrutların inkişafı da nəzərdə tutulur.
Maliyyələşmə Avropa İttifaqı fondları, Avropa İnvestisiya Bankının kreditləri, konsessiya investisiyaları və gələcək büdcə mənbələri hesabına təmin ediləcək.
Baxış sayı:116
Bu xəbər 23 İyul 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















