Macarıstan içməli suyun keyfiyyətinin yaxşılaşdırılmasında mühüm nailiyyətlər əldə edib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Budapeşt, 23 dekabr, AZƏRTAC
Son illər Macarıstan içməli suyun keyfiyyətinin yüksəldilməsi sahəsində nəzərəçarpacaq irəliləyişə nail olub.
AZƏRTAC хəbər verir ki, dövlət və Avropa İttifaqı fondlarının dəstəyi ilə ölkə üzrə sutəmizləmə sistemləri yenilənib, köhnə boru xətləri mərhələli şəkildə dəyişdirilib. Nəticədə milyonlarla vətəndaş artıq krandan birbaşa içilə bilən, sağlamlıq standartlarına cavab verən su ilə təmin olunur.
Xüsusilə kənd və kiçik şəhərlərdə arsen, dəmir və ammonium səviyyəsinin azaldılması istiqamətində həyata keçirilən layihələr mühüm nəticə verib. Mütəxəssislər bildirirlər ki, müasir filtrasiya və monitorinq texnologiyalarının tətbiqi suyun dadını və təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Rəsmi qurumların məlumatına görə, bu addımlar təkcə əhalinin sağlamlığını qorumağa deyil, həm də plastik butulka istifadəsinin azalmasına və ətraf mühitin mühafizəsinə töhfə verir. Macarıstan gələcək illərdə də su infrastrukturuna investisiyaları davam etdirməyi planlaşdırır.
Vüqar Seyidov
AZƏRTACın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















