Macarıstan iqtisadiyyat və təhlükəsizlik sahələrini İsraillə əməkdaşlığın prioritetləri hesab edir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 7 aprel, AZƏRTAC
İsrailin Baş naziri Beynyamin Netanyahunun Macarıstana səfərindən sonra və onun növbəti Vaşinqton səfəri ərəfəsində macar siyasətçiləri aparılan danışıqların təəssüratları və görüşlərdə müzakirə olunan əsas mövzular haqqında fikirlərini bölüşməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto yəhudi dövləti ilə ölkəsi arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsinin Budapeştin xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib. Eyni zamanda, macar diplomat təhlükəsizlik məsələlərini də vurğulayıb.
“Müasir dünyada təhlükəsizlik əvəzolunmaz aktivdir. Hazırkı kontekstdə isə bu, kiber sahə, komponentlər baxımından mühüm fiziki və rəqəmsal xüsusiyyətlərə malikdir”, - deyə nazir bildirib.
O, həmçinin Budapeştin Macarıstan-İsrail iqtisadi əməkdaşlığını inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 07 Aprel 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















