Macarıstan KQB nin arxivlərini açır
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Macarıstan parlamenti sosializm dövründə ölkədə fəaliyyət göstərmiş dövlət təhlükəsizlik xidmətinin arxivlərinin məxfiliyinin aradan qaldırılmasını təmin edən qanun layihəsini qəbul edib.
Bu barədə "M1" telekanalı məlumat yayıb.
Sənəd həmin xidmətin fəaliyyəti, əməkdaşları və Macarıstan vətəndaşları arasından cəlb edilmiş agentləri barədə məlumatların dərc olunması məqsədilə bir sıra qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.
“Lehinə 149 deputat səs verdi, əleyhinə səs verən olmadı, 35 deputat bitərəf qaldı”, - deyə parlamentin spikeri Aqneş Forsthofffer M1 telekanalının yayımladığı iclasda bildirib. İclasda iştirak edən Baş nazir Peter Macyar bildirib ki, bu addım 36 il əvvəl, yəni 1990-cı illərin əvvəllərində Macarıstanda sosial-siyasi sistem dəyişdikdən sonra atılmalı idi.
Parlament iyulun 7-də əsas qanun layihəsini qəbul edib, indi isə dövlət təhlükəsizliyi arxivlərinin dərcinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri olan hüquqi məsələlərlə bağlı qanunlara dəyişikliklər paketini təsdiqləyib. Dəyişikliklər oktyabrın 23-də qüvvəyə minəcək. Həmin gün Macarıstanda 1956-cı il antikommunist üsyanının 70-ci ildönümü qeyd olunacaq.
Elə həmin gün dövlət təhlükəsizlik xidmətinin arxivindəki məlumatların ilk hissəsi dərc olunacaq. Məlumatları 13 nəfərdən ibarət komissiya seçəcək. Komissiyaya hökumətin və müxalifət partiyalarının nümayəndələri, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşları, hüquqşünaslar və tarixçilər daxil olacaq. /Trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 15 Sentyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















