Icma.az
close
up
RU
Macarıstan mediası: “Türk axını”na qarşı təhdid var

Macarıstan mediası: “Türk axını”na qarşı təhdid var

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Budapeşt, 6 aprel, AZƏRTAC

Macarıstanın “Index.hu” nəşri Avropanın qaz infrastrukturuna qarşı törədilmiş son insidentlər və diversiya halları ilə bağlı araşdırmalar fonunda yaranan yeni riskləri nəzərdən keçirib.

AZƏRTAC xəbər verir ki, məqalədə diqqət yenidən “Türk axını” qaz kəmərinə yönəlib. Ukrayna tranzitinin dayandırılmasından sonra bu kəmər faktiki olaraq Macarıstan da daxil olmaqla bir sıra Avropa ölkələrinə Rusiya qazının tədarükü üçün yeganə marşrut olaraq qalıb. Nəşrin məlumatına görə, kəmərin Serbiya–Macarıstan hissəsinə yaxın ərazisində partlayıcı qurğu aşkar edilib ki, bu da mümkün sabotajla bağlı narahatlıqları artırıb.

“Index.hu” vurğulayır ki, “Türk axını”nın region üçün əhəmiyyəti son dərəcə böyükdür. Belə ki, bu, Macarıstanın qaz tədarükünün 70–80 faizini, Serbiyanın istehlakının əhəmiyyətli hissəsini təmin edir. Bununla əlaqədar infrastruktur üçün hər hansı təhdid enerji təhlükəsizliyi baxımından risk amili kimi qiymətləndirilir.

İcmalda həmçinin “Şimal axını” qaz kəmərlərinin partladılması işinə də diqqət ayrılıb. Nəşr xatırladır ki, Almaniya məhkəməsinin nəticələrinə əsasən, diversiyada xarici sifariş çərçivəsində hərəkət edən Ukrayna tərəfinin iştirakı mümkün hesab olunur.

Beləliklə, nəşr belə qənaətə gəlir ki, qaz infrastrukturuna qarşı hücumlar və ya təhdidlər daha geniş geosiyasi qarşıdurmanın tərkib hissəsinə çevrilir və bu şəraitdə enerji təzyiq aləti kimi istifadə olunur. Bu fonda qaz tədarükünün əsas marşrutlarının qorunması Avropa ölkələri üçün strateji əhəmiyyət kəsb edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Aprel 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri