Icma.az
close
up
RU
Macarıstan millisinin hücumçusu: Azərbaycan yığmasının güclü liqalarda oynayan futbolçuları var EKSKLÜZİV MÜSAHİBƏ

Macarıstan millisinin hücumçusu: Azərbaycan yığmasının güclü liqalarda oynayan futbolçuları var EKSKLÜZİV MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

Macarıstan millisinin futbolçusu Martin Adam ölkəsinin Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq oyunu ilə bağlı AZƏRTAC-a eksklüziv müsahibə verib.

- İyunun 10-da Azərbaycan millisi Bakıda Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək. Həmin qarşılaşma barədə nə deyə bilərsiniz?

- Bu, yoldaşlıq oyunudur. Hər iki komandanın baş məşqçisi yeni futbolçularını və oyun planlarını yoxlamağa çalışacaq. Bu cür matçlar gənc oyunçular üçün əla fürsətdir. İki yığmanın Millətlər Liqasındakı əvvəlki matçlarına və bu günə qədər öz aralarında keçirildikləri oyunlara nəzər salsaq, Macarıstanın favorit olduğunu görə bilərik. İnanıram ki, futbolçularımız bu işin öhdəsindən layqincə gələcəklər.

- Azərbaycan millisini necə xarakterizə edərdiniz?

- Azərbaycan millisinin əksər futbolçuları ölkənizin ən məşhur komandası olan “Qarabağ”da çıxış edirlər. Cənubi Koreya, Polşa və 2-ci Bundesliqa kimi güclü liqalarda oynayan bir neçə futbolçunuz da var. Milli komandanın məşqçilər korpusu daim onlara güvənir.

- Milli komandamızı portuqaliyalı təcrübəli mütəxəssis Fernandu Santuş çalışdırır. Onun haqqında hansı fikirdəsiniz?

- Santuş çox təcrübəli mütəxəssisdir. Lakin Azərbaycan millisi onun rəhbərliyi altında qələbə qazana bilməyib. Millətlər Liqasında İsveçlə səfərdəki və Slovakiya ilə Bakıdakı oyunları çıxsaq, komandanız digər matçlarda yaxşı mübarizə apardı. Estoniyaya qarşı evdəki görüşdə irəliləyişin olduğunu gördük. Həmin oyun heç-heçə ilə başa çatmışdı.

- Sizcə, Fernandu Santuş Azərbaycan yığmasında ciddi uğurlara imza ata bilər?

- Onunla heç tanışlığım yoxdur. Rəhbərlik etdiyi komandalara qarşı heç vaxt oynamamışam. Amma 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu və 2018-2019-cu illər mövsümündə Millətlər Liqasının qalibi olub. Çox uğurlu mütəxəssisdir. Bilirəm, hazırda nəticələr ürəkaçan deyil, lakin baş məşqçiyə bir az vaxt verilsə, nəticə əldə etmək olar.

- Azərbaycanlı futbolçulardan kimləri tanıyırsınız?

- Mahir Emrelini tanıyıram, çox istedadlı futbolçudur. Beynəlxalq arenada kifayət qədər yaxşı təcrübəyə malikdir. “Nürnberq”in heyətində əla mövsüm keçirdi. Cənubi Koreyada Anton Krivotsyuka qarşı oynamışam. Onu yaxşı və sərt sol cinah müdafiəçisi kimi xatırlayıram. Ardıcıl üç mövsüm güclü liqalarda oynaması çox şeydən xəbər verir. Azərbaycan milli komandasına gələcək oyunlarda uğurlar arzulayıram. Müsahibəyə görə isə ayrıca təşəkkür edirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri