Macarıstan prezident postuna namizəd axtarır KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Macarıstanda yeni respublika prezidentinin müəyyənləşdirilməsi ilə bağlı ictimai müzakirələr davam edir.
KONKRET.az azərtac-a istinadən xəbər verir ki, şahmat ustası Yudit Polqar namizəd olmaqdan imtina etdikdən sonra müxtəlif tanınmış şəxslərin adları yenidən gündəmə gəlib.
Hüquqşünas Peter Barandi, keçmiş hakim və vəkil Adrienn Laço, tarixçi İqnaç Romşiç kimi şəxslər mümkün namizədlər arasında göstərilir. Adrienn Laço bildirib ki, rəsmi təklif alacağı təqdirdə məsələni nəzərdən keçirə bilər. Peter Barandi isə dövlət başçısının seçilməsi prosesinin daha ləyaqətli və geniş ictimai razılıq əsasında aparılmasının vacibliyini vurğulayıb.
Parlamentin qanunvericilikdə nəzərdə tutulan müddətdə prezident postuna yeni namizədi seçməsi gözlənilir. Müzakirələr siyasi və ictimai dairələrdə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 İyul 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















