Icma.az
close
up
RU
Macarıstan TDT nin uğurlu fəaliyyətinə və Türk dünyasındakı iş birliyinə türklər qədər fayda verir

Macarıstan TDT nin uğurlu fəaliyyətinə və Türk dünyasındakı iş birliyinə türklər qədər fayda verir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Dünya nizamında qloballaşma yönündə hərəkətlə əks tendensiya müşahidə olunmaqdadır. Məsələn, bir vaxtlar dövlətlərə, onların daxili və xarici siyasətlərinə təzyiq üçün informasiya-ictimai məkanlarına xarici təbliğat-propoqanda axını ilə ideoloji hücumlar baş verirdisə, bu gün bir sıra dövlətlərdə bunun əleyhinə ciddi ideoloji-siyasi xəttin ortaya çıxdığını müşahidə edirik. Sadəcə ərazi sərhədlərini deyil, o cümlədən milli kimliyini, öz kiber və informasiya məkanlarını xarici müdaxilələrdən qorumaq artıq dövlətlərin milli təhlükəsizlik məsələsi olaraq önə çıxmaqdadır. Bu istiqamətdə suverenliyini tam anlamıyla qorumağa nail olan az sayda Avropa ölkəsi var ki, onlardan biri də Macarıstandır”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə danışıb. Politoloq qeyd edib ki, Macarıstanda 2017-ci ildə "Xaricdən maliyyələşən təşkilatların şəffaflığı haqqında qanun" qəbul edildi: “Ötən il Gürcüstanda qəbul edilən “Xarici agentlər haqqında” qanunun bənzəri olan bu qanun təbii ki, Gürcüstan əleyhinə Avropa İttifaqının təzyiqlərini doğurduğu kimi, vaxtilə Macarıstan əleyhinə də ümumavropa siyasi elitasının isteriyasını artırmışdı. Bunun ardınca 2018-ci ildə “Stop Soros Package” adlı tədbirlər paketi ilə Sorosçular ölkədən təmizlənməyə başladı. Macarıstanda 2021-ci ildə “Uşaqları Qoruma Aktı”, 2023-cü ildə “Milli Suverenlik Aktı” qəbulu, 2024-cü ildə Suverenliyi Qoruma Ofisinin yaradılması, 2025-ci ildən etibarən “Pride Parad”ın qadağan olunması – bütün bunlar suverenliyi, milli kimliyi qoruma istiqamətində atılan cəsarətli addımlar sayıla bilər. Başqa ifadə ilə, həm Macarıstan, həm də Azərbaycan siyasi elitası eyni siyasi dalğada düşünə bilir”.

Şəhla Cəlilzadə

Şəhla Cəlilzadə hesab edir ki, elə buna görə də Macarıstanla Azərbaycanın əlaqələri digər Avropa ölkələrindən tamamilə fərqlidir.

“Macarıstan Baş naziri Viktor Orban cənab Prezident İlham Əliyevi dəfələrlə yüksək qiymətləndirib və “İlham Əliyevdən beynəlxalq arenada uğurlu olmağı öyrənməliyəm”, “Prezident Əliyev mürəkkəb beynəlxalq şəraitdə ölkəsini uğurla idarə edən nadir liderlərdəndir”, “O, etibarlı və ardıcıl tərəfdaşdır” deyə ifadələr səsləndirib. Həmçinin qeyd etmək lazımdır ki, Macarıstan Aİ çərçivəsində Azərbaycanın haqq işinə daima dəstək verir. Məsələn, Aİ-nin “Sülh Fondu” vasitəsilə Ermənistana hərbi yardım ayırmasına veto qoyan dövlət, məhz Macarıstan idi. İki ölkə arasında neft-qaz sahəsində artan əməkdaşlıqla yanaşı, ölkəmizin COP29 öncəsi imzaladığı Yaşıl Enerji Dəhlizi ilə bağlı beynəlxalq sazişdə dörd tərəfdaş ölkədən biri Macarıstandır. Beləliklə, Azərbaycanın Macarıstanla əməkdaşlığı iki dövlətin liderlərinin şəxsi dostluğu, etimadı çərçivəsindən başlayaraq, sadəcə bugünkü geosiyasi reallıqlara deyil, o cümlədən gələcək perspektivlərə hesablanıb”, deyən politoloq bildirib ki, təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günkü Macarıstan səfərində də bu ölkəni etibarlı strateji tərəfdaş adlandırıb.

Şəhla Cəlilzadə qeyd edib ki, Macarıstanda Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib və Macarıstan 2018-ci ildən bəri bu təşkilatın müşahidəçi üzvlərindən biridir. Şəhla Cəlilzadənin fikrincə, Macarıstan TDT-nin uğurlu fəaliyyətinə və Türk dünyasındakı iş birliyinə türklər qədər fayda verir. Çünki, macarlar hun-türk əsilli Atillanı öz əcdadı hesab edir, qədim Bizans imperatoru macarları “Qərbi Türkiyə” olaraq tanıyıb onları türkdilli xalq olaraq adlandırırdı:

“Beləliklə, türklərlə eyni genetik kodun daşıyıcısı olan macarlar bu gün Türk Dünyasında mühüm rol oynayır və Türk Dünyasının liderləri zirvəsində Viktor Orban da yer alır. Bu zirvədə cənab Prezident Viktor Orbanı müstəqil xarici siyasət apardığına görə təbrik edib. Bu siyasət ümum-Avropa siyasətindən müxtəlif çalarlarına görə fərqlənməklə yanaşı macar milli kimliyinin qorunmasına xidmət edir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 May 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri