Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda meyvə bağlarını təbiətin sərt sürprizlərindən qorumaq üçün yeni mövsümə start verilib.
BAKU.WS-in məlumatına görə, fermerlər bağlarını dolu, qasırğa, sel, leysan, şaxta, normadan artıq qar və vəhşi heyvan hücumları kimi risklərdən sığorta etdirə bilirlər.
Bununla yanaşı, bitki xəstəlikləri, zərərverici və təhlükəli ziyanvericilərin yayılması, eləcə də zəlzələ və torpaq sürüşməsi kimi təbii fəlakətlər də sığorta təminatına daxildir.
Aqrar Sığorta Fondunun təqdim etdiyi 50%-lik sığorta güzəşti fermerlər üçün prosesi daha da əlçatan edir – onlar yalnız sığorta haqqının yarısını ödəyir, digər yarısını isə dövlət qarşılayır.
Bu imkandan yararlanan təsərrüfat sahibləri ilin istənilən vaxtında baş verə biləcək risklərə qarşı öz bağlarını etibarlı şəkildə qorumuş olacaqlar.
Maraqlıdır ki, ölkədə ən çox hansı kənd təsərrüfatı sahələri sığortalanır və ən az maraq göstərilən sahələr hansılardır?
Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri Rəvan Səmədli BAKU.WS-ə bildirib ki, ölkədə ən çox sığortalanan kənd təsərrüfatı taxılçılıq sahəsidir:
"Taxılla yanaşı qarğıdalı və meyvə bağları da daha çox sığortalanır. Ən az maraq göstərilən sahələrdən şəkər çuğunduru və kartofu misal gətirə bilərik. Amma 41 növ bitki növləri üzrə artıq sığortalanıb.
Ümumilikdə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 2,5 milyon manat sığorta ödənişi həyata keçirilib".
Orxan Hüseyn
Baxış sayı:101
Bu xəbər 27 Noyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















