Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Bakı Bişkek əlaqələrində yeni mərhələ...

Bakı Bişkek əlaqələrində yeni mərhələ...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

İki qardaş ölkə arasında müttəfiqlik müqaviləsi imzalanıb 

İlham Əliyev: Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq

Azərbaycanın xarici siyasət kursunun əsasını qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, milli maraqların qorunması və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik təşkil edir. Rəsmi Bakı ikitərəfli və çoxtərəfli münasibətlərdə daim qarşılıqlı fayda prinsipindən çıxış edərək, regionda və daha geniş coğrafiyada etimad mühitinin formalaşmasına töhfə verir. Məhz bu praqmatik və balanslaşdırılmış siyasət Azərbaycanın müxtəlif dövlətlərlə əlaqələrinin davamlı şəkildə inkişaf etməsinə, siyasi dialoqun yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşməsinə şərait yaradır.

Son illərdə Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda Türk dünyası ilə münasibətlər xüsusi yer tutur. Tarixi köklərə, ortaq dilə, mədəniyyətə və mənəvi dəyərlərə söykənən bu əməkdaşlıq artıq təkcə qardaşlıq münasibətləri ilə məhdudlaşmır, həm də regional təhlükəsizlik, iqtisadi inteqrasiya, nəqliyyat-logistika, enerji və investisiya sahələrində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu baxımdan Türk Dövlətləri Təşkilatı, Mərkəzi Asiya birliyi çərçivəsində həyata keçirilən təşəbbüslər dövlətlər arasında həm siyasi həmrəyliyi, həm də praktiki əməkdaşlığı daha da gücləndirir.

Azərbaycan ilə Qırğız Respublikası arasında münasibətlər də məhz bu strateji yanaşmanın mühüm istiqamətlərindən biridir. İki dost və qardaş ölkə arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin artması, iqtisadi və investisiya əlaqələrinin genişlənməsi, humanitar layihələrin həyata keçirilməsi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bakı və Bişkek ortaq maraqlardan çıxış edərək Türk dünyasının güclənməsinə, regionda sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına birgə töhfə verirlər. Bu baxımdan Azərbaycan-Qırğız Respublikası münasibətlərinin inkişafı təkcə iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda Türk dünyasında inteqrasiyanın dərinləşməsi və Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır.

Əlaqələr dərin tarixi mahiyyət daşıyır

SSRİ dövründə ittifaq respublikaları olaraq bir dövlətdə təmsil olunan Qırğız Respublikası (o dövrdə Qırğızıstan) və Azərbaycan imperiyanın süqut etməsi ilə dövlət müstəqilliyi əldə ediblər. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılıb. 2002-ci ildə Qırğız Respublikasının Azərbaycandakı fəxri konsulluğu yaradılıb. 2005-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Qırğız Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 2008-ci ildə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri təyin edilib.

2007-ci il tarixində isə Azərbaycan Respublikasının Qırğız Respublikasında səfiri təyin edilib. Rəsmi əlaqələrə gəldikdə 22-24 avqust 1995-ci ildə Ulu Öndər Heydər Əliyev Bişkekdə Manasın 1000 illiyinə həsr olunmuş tədbirlərdə və Türkdilli dövlətlərin III Sammitində iştirak edib.

Prezident İlham Əliyevin Azərbaycanın dövlət başçısı seçilməsinin ardından dövlətlərarası münasibətlər yeni mərhələyə qədəm qoyub. Azərbaycan və qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıq iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil edir. İki ölkə arasında münasibətlər artıq müttəfiqlik xarakterlidir, eyni zamanda, Dövlətlərarası Şura fəaliyyət göstərir, ali səviyyədə fəal siyasi dialoq qarşılıqlı maraq doğuran əməkdaşlığın davamlı şəkildə inkişafına öz töhfəsini verir. Paralel olaraq hər iki ölkə regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər.

Münasibətlərin yeni xarakter almasında, eyni zamanda dostluq münasibətlərinin müttəfiqlik səviyyəsinə çatdırılmasında dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayıb. Prezident İlham Əliyev 2022-ci ilin oktyabrında Qırğız Respublikasına dövlət səfəri, 2023-cü ilin oktyabrında (Bişkek şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə) və 2024-cü ilin noyabrında işgüzar səfər edib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov isə 19-20 aprel 2022-ci ildə Azərbaycan Respublikasına rəsmi, 2023-cü ilin noyabrında (Bakıda keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə Görüşündə iştirak etmək məqsədilə) və 2024-cü ilin iyulunda (Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə) işgüzar, 2024-cü ilin noyabrında işgüzar, 2024-cü ilin aprelində isə dövlət səfəri edib.

Əlaqələr müttəfiqlik statusu qazanıb

Prezident İlham Əliyevin 30-31 iyulda Qırğız Respublikasına səfəri isə xüsusi əhəmiyyət daşıyıb. Belə ki, səfər çərçivəsində dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar. Müqavilə iki qardaş ölkə arasında yüksək səviyyədə olan siyasi dialoqa müttəfiqlik statusu qazandırır. Qeyd edək ki, iyulun 31-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatında bu səfərin qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcəyinə əminliyini bildirib. Prezident Sadır Japarov deyib ki, Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir: “Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır”.

Prezident İlham Əliyev mətbuata bəyanatında dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qaldırıldığını, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsində birgə səylərin bir daha nümayiş etdirildiyini söyləyib: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.

Ortaq köklər üzərində qurulan mənəvi birlik

Azərbaycan ilə Qırğız Respublikası arasındakı münasibətlərin əsasını yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də dərin mənəvi bağlılıq təşkil edir. Ortaq türk kökləri, eyni tarixi-mədəni irs, dil və mənəvi dəyərlər iki xalqı əsrlər boyu bir-birinə yaxınlaşdıran başlıca amillərdir. Məhz bu ortaq kimlik dövlətlərarası münasibətlərin də möhkəm təməl üzərində inkişaf etməsinə imkan yaradır. Hər iki ölkə milli-mənəvi dəyərlərin qorunmasına, tarixi irsin yaşadılmasına və Türk dünyasında həmrəyliyin gücləndirilməsinə xüsusi önəm verir.

Azərbaycan və Qırğız Respublikasının dövlət başçıları arasında formalaşan yüksək etimad münasibətləri də bu qardaşlığın bariz nümunəsidir. Prezident İlham Əliyevin “Manas” ordeni, Prezident Sadır Japarovun isə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi qarşılıqlı hörmətin, dostluğun və strateji tərəfdaşlığın rəmzi kimi böyük siyasi və mənəvi əhəmiyyət daşıyır. Bu ali mükafatlar iki ölkənin münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirməklə yanaşı, Azərbaycan-Qırğızıstan əməkdaşlığının gələcəkdə də ortaq dəyərlər və qarşılıqlı etimad əsasında daha da möhkəmlənəcəyinin göstəricisidir. Qeyd edək ki, iyulun 31-də prezidentlərin təltifolunma mərasimində çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bildirib ki, müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir: “Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub. Sizin dəstəyiniz və daimi yaxınlaşmaq səyləriniz sayəsində qardaş ölkələrimiz möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri əldə edib. Bu gün münasibətlərimiz keyfiyyətcə geniş səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri qazanıb. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında Sizin rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz. Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı - “Manas” ordeni ilə təltif olunması qərarını qəbul etdim. Bu yüksək mükafat Sizin Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir”.

Təltifetmə mərasimində çıxış edən Prezident İlham Əliyev yüksək mükafata görə təşəkkür edib və bu ordeni Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində fəaliyyətinə verilən qiymət kimi dəyərləndirib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunduqdan sonra Prezident İlham Əliyev Prezident Sadır Japarovu, onun komandasını, qardaş Qırğız xalqını Qırğızıstanın Sadır Japarovun rəhbərliyi ilə qazanılan tarixi nailiyyətləri münasibətilə bir daha təbrik edib: “Düşünürəm ki, Sizə göstərilən ümumxalq dəstəyi Sizin əməyinizin başlıca nəticəsidir və yəqin ki, ən böyük mükafatdır. Azərbaycan da Sizin həm Qırğızıstanın inkişafına, həm də ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfənizi yüksək qiymətləndirir. Mənim Fərmanımla Siz Azərbaycanın ali ordeni - “Heydər Əliyev” ordeni ilə təltif olunmusunuz”.

Prezident Sadır Japarov bildirib ki, Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından birini - “Heydər Əliyev” ordenini Prezident İlham Əliyevdən qəbul etmək onun üçün böyük şərəfdir: “Bu mükafat mənim üçün xüsusi əhəmiyyətə malikdir, çünki müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin formalaşmasının əsasını qoyan görkəmli dövlət xadiminin, Azərbaycan xalqının böyük oğlunun adını daşıyır. Mən bu ordeni xalqlarımız arasında möhkəm münasibətlərin, strateji tərəfdaşlığa və müttəfiqliyə ortaq sadiqliyin rəmzi kimi qəbul edirəm. Bu xüsusi jestə, Qırğızıstana göstərdiyiniz diqqətə, xalqlarımızın yaxınlaşmasına daimi səylərinizə görə Sizə minnətdaram”.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Avqust 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri