Icma.az
close
up
RU
Macarıstan Ukrayna ilə buna görə yola getmir Gərginliyin TARİXİ KÖKLƏRİ

Macarıstan Ukrayna ilə buna görə yola getmir Gərginliyin TARİXİ KÖKLƏRİ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Macarıstanla-Ukrayna arasında münasibətlər zaman-zaman enişli-yoxuşlu olub. Bu gərginlik özünü indi də göstərir.

Məsələn, Ukraynanın Avropa İttifaqına üzvlüyünə Macarıstan veto qoyub, həmçinin zaman-zaman Ukraynaya Aİ-nin yardımlarına qarşı da çıxır.

Bəs sözügedən soyuq münasibətlərin pərdəarxası məqamları nələrdir?
Mövzu ilə bağlı Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru, politoloq Laszlo Vasa Bizim.Media-ya Ukrayna-Macarıstan gərginliyini təhlil edib. Analitik qeyd edir ki, rəsmi Budapeştə görə Ukrayna-Macarıstan münasibətlərindəki gərginliyin əsas səbəbi Transkarpatiyadakı Macar etnik azlığının vəziyyətidir:
 

“Bu region min il boyunca Macar Krallığının tərkibində olub və İkinci Dünya Müharibəsinin sonunda Ukraynaya verilib. Yəni son 80 ildir ki, həmin ərazilər Ukraynanın tərkibindədir. Budapeşt iddia edir ki, Ukraynanın dil və təhsil qanunları (xüsusən 2017-ci il Təhsil Qanunu və dövlət dilindən istifadə ilə bağlı sonrakı qanunvericilik) təxminən 150,000 nəfərdən ibarət Macar etnik azlığının məktəblərdə və ictimai həyatda ana dilində təhsil almaq və istifadə etmək hüququnu məhdudlaşdırır.

Macarıstan hökuməti bu tədbirləri azlıq hüquqlarının və beynəlxalq öhdəliklərin, o cümlədən Avropa Şurası və ATƏT standartlarının pozulması kimi qiymətləndirir. Buna görə də, Macarıstan Ukraynanın Avropa İttifaqı və NATO inteqrasiyasına münasibətini Transkarpatiyadakı Macar etnik azlığının hüquqlarının qorunmasına dair zəmanətlərlə bağlayıb”.
Ukraynadan Macarıstana siyasi təzyiq
Beləliklə, Macarıstan Ukraynanın suverenliyini dəstəkləsə və Rusiya təcavüzünü qınasa da, Budapeşt baxımından əsas məsələ Ukraynanın Transkarpatiyadakı Macar icmasının dil, mədəniyyət və təhsil hüquqlarını təmin etmək üçün kifayət qədər hüquqi və praktik zəmanət verməməsidir:
“Gərginlik yaradan digər məsələ isə Rusiyada yerləşən və Macarıstana xam neft təmin edən “Friendship” (Dostluq) neft kəmərinin bombalanmasıdır. 2025-ci ilin avqust ayında Ukrayna qüvvələri Rusiyanın Bryansk vilayətindəki Uneça nasos stansiyasına dron və “HIMARS” raket ilə zərbələr endirib. Bu stansiya “Friendship” neft kəmərinin əsas komponentidir və Rusiya neftini Macarıstan və Slovakiyaya çatdırır. Hücum neft təchizatını bir neçə gün dayandırıb.
Macarıstan xarici işlər naziri bu hücumları Macarıstanın enerji təhlükəsizliyi və suverenliyinə yönəlmiş bir təcavüz kimi pisləyib. Budapeşt bu kəmər hücumunu sadəcə hərbi əməliyyat deyil, siyasi təzyiq vasitəsi kimi təqdim edib. Görünür, məqsəd Macarıstanı Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsində təzyiq altında saxlamaq idi. XİN başçımız bunu Macarıstanı münaqişəyə cəlb etməyə yönəlmiş bir cəhd kimi qiymətləndirib. Macarıstan və Slovakiya birgə məktubla Avropa Komissiyasına enerji infrastrukturu ilə bağlı narahatlıqlarını bildiriblər”.
Macarıstan hələ də Ukraynaya yardım edir...
Vasa Laszlo qeyd edir ki, beynəlxalq mediada çox yazılmasa da, Macarıstan Ukraynanı müxtəlif yollarla dəstəkləməyə davam edir. Son “Friendship” kəməri hücumlarına baxmayaraq, Macarıstan Ukraynaya enerji və humanitar yardımın əsas tranzit ölkəsi olaraq qalır:
“Macarıstan Avropa İttifaqının sərhəd ölkələrindən biri kimi Ukraynaya elektrik axınlarına imkan yaradır. Macar neft və qaz şirkəti MOL Ukraynanı strateji əhəmiyyətli yanacaq, xüsusən də dizellə təmin etməyə davam edib. Bu təchizat həm mülki infrastruktur, həm də dolayı yolla Ukrayna müdafiə logistikasında həyati əhəmiyyət kəsb edir.
Lakin Budapeşt bunları hərbi deyil, humanitar yardım kimi təqdim edir. Beləliklə, Macarıstanın enerji mövqeyi iki tərəflidir. Bir tərəfdən, Budapeşt Rusiya enerjisini idxal etməyə davam edir və bu, Qərb tərəfdaşları tərəfindən tənqid olunur. Digər tərəfdən, Macarıstanın infrastrukturu, bazar stabilliyi və selektiv təchizatları Ukraynanın sağ qalmasına dolayı əyani dəstək verir”.
Analitik əlavə edib ki, Macarıstandan Ukraynaya silah transferi yoxdur:
“Macarıstan silah verməkdən və ya silah göndərişlərinə icazə verməkdən imtina edir, bunun müharibəni qızışdırmamaq və Transkarpatiyadakı Macarların təhlükəsizliyini qorumaq üçün olduğunu bildirir. Birbaşa hərbi dəstək yoxdur: Polşa və Baltik ölkələrindən fərqli olaraq, Macarıstan Ukrayna əsgərlərini təlim keçmir və silahlandırmır”, - deyə, analitik əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Sentyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri