Icma.az
close
up
RU
Urumlar Ayrumlar və tarixi kökləri

Urumlar Ayrumlar və tarixi kökləri

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Ələsgər Siyablı.
Dünya Tarixinin Turan Dövrü" Bakı 2022.Kitabından seçmələr.

Urumlar proto türklər də adlandıra biləcəyimiz ən qədim Turan xalqlarından biridir.

Urumlar özlərinin Baynelı adlandırdıqları Urartu dövlətinin qurucu boyudur.

Hititşünas Cowley, “Biay” ideogramının Hatti-Hitit dilindäki oxunuşunu yönetici, ağa,efendi

(hükümdar) anlamı daşıdığını yazır.Biayneli adı “Beyler ölkəsi” anlamına gelir.

Urartu’nun Biainilu isminin Baga teonimi ilə əlaqədar olduğu aşkardır.Bu söz Ön Asya’nın birçox qədim dilinde Bay/Beq/Bəy kimi ifadə edilməkdədir.

Urartu dövləti Urum və Nairi olmaqla iki hissədən ibarət idi.Urum,Mesopotamiyanın quzeyində,Dəclə çayının yuxarı hövzəsində yerləşən bir ölkənin adıdır.Assuriya kralı I Tiqlatpalasar (er.q.1114-1076) öz kitabəsində Urum ölkəsinə qarşı həyata keçirdiyi bir neçə hərbi yürüşdən bəhs edir.Bu Aassuriya basqınlarının qarşısında urumlar daha quzeyə və doğuya doğru köçlərə məruz qalmış və Urmiyə,Beştam və Təbriz ətrafında yerləşmişdilər.Onlar ətrafında yerləşdikləri Urmiyə gölünə də öz adlarını vermişlər.Bu gölün gerçək adı Urum gölüdür.Urum və urartuların Subar kökənli xalq olduqları fikri hakimdir.Urartu kralları özlərini bəzən Suri və ya Şupriya ölkəsinin kralları adlandrırdılar.Beləliklə urumlar Van gölü və Urmu gölü çevrəsində məskunlaşmışdılar.İtalyan araşdrıcı Salvini Urartu dövlətinin ikinci mərkəzinin Urmiyə gölü,Təbriz,Araz boyu Ələmdara qədər Naxçıvan,Erebuni,Göyçə gölü də daxil olmaqla Azərbaycan torpaqlarının təşkil etdiyini yazır.

Urumların etnik mənşəyi və ilkin vətənləri məsələsinə gəldikdə onların Sumerin Ur şəhərinin əhalisi olduğiu fikri hakimdir.Sumeroloqların gəldiyi nəticəyə görə Sumer şəhərlərinin hər biri bir Sumer tayfasının adını daşıyırdı.Görkəmli sumeroloq S.Kramer mixi yazı mətnlərinə əsaslanaraq Ur şəhərinin gerçək adının Urim şəklində yazıldığını qeyd edir.Qədim proto-türk Ur boyu Ur və Uriq şəhərlərində məskunlaşmışlar.

Sumerin mərkəzi şəhəri Urim şəhərinin əhalisinin bir qismi vəhşi sami tayfalarının basqınları və baş verən quraqlıq nəticəsində öz yerlərini tərk edərək Mesopotamiyanın quzey ərazilərinə,Kiçik Asiyaya,Zaqros dağlarının qərb yamaclarına köç etməyə məcbur qalaraq burda Urum adlı ölkə yaratmış,sonrakı dövürlərdə digər sami xalqı Assurların basqınları nəticəsində isə daha quzeyə və şərqə doğru hərəkət edərək Urum gölü ətrafında məskunlaşmışlar.

Urumların Ur şəhərindən köçləri tarixi ədəbiyyatda “Uruk ekspansion və ya Ur genişlənməsi” adı ilə məşhurdur.Urumların adı qədim mənbələrdə Arme/urme şəklində də,ifadə olunurdu.

Oriyentalist Peter Jensen Urumların tanrılarından birinin Turku adlandrıldığını yazır.A.Virth Turkunun Türk adı ilə ekvivalent təşkil etdiyini yazır.Turuk və ya Turku Kassilərin və Xattilərin də hava və ildrım tanrısı idi.Urumların digər tanrıları Haldi,Baqamaştu,Turan və Aribanu idi.

Urartu dövlətinin İşquz/Saka ordusu ilə yaxın münasibətləri “Oğuz Xaqan” dastanınin Uyqur versiyasında da öz əksini tapmışdır. Dastanda Urartu onun əsas qurucu tayfası olan Urum adı ilə təmsil olunur.Dastanda Oğuz xaqana məğlub olan Urum xanı ölkədən qaçmış onun qardaşı Urus bəyin oğlu Oğuza itaət etmiş və Oğuz ona Saklab adını vermişdir.Türklərin tarixində Urus xan adlı bir çox hökümdarlar mövcuddur.Urartunun Sardur adlı hökmdar titulu türklərdə Sərdar şəklində mövcuddur.

Dastanda adı keçən Urus bəy,Urartu kralı II Arqiştinin oğlu II Rusadır (er.q.680-665).Bu hadisə er.q.680-ci illərdə Kimmer/Saklar Qafqaz dağlarını aşaraq Urartu ərazisinə və Ön Asiyaya hərbi yürüşlərinin tarixinə uyğun gəlir.

Bizans dövründə urumların bir qismi xristianlığın yunan-provoslav qolunu qəbul etdiklərindən bəzən qrek adı ilə taninsalar da onlar özlərini heç vaxt qrek-yunan hesab etməmişlər və ana dilləri də türk dili olaraq qalmışdır.Bu xristian urumlar Anadoluda,Azərbaycanın bəzi bölgələrində kiçik anklavlar şəklində məskunlaşmış,Qara dəniz ətrafı ərazilərə,Gürcüstana və Krıma yayılmışlar.

Urmu gölünün ətrafında öz ilkin vətənlərində yaşayan urumlar müsəlmanlığı qəbul edərək Ayrum adı ilə taninmışlar.Onlar sonradan Azərbaycanın Gəncəbasar,Gədəbəy,Borçalı ərazilərinə yayılmış olsalar da əsas hissəsi bu gün də Urmu gölü ətrafında yaşamaqda davam edirlər.

Anadoluda yaşayaraq islamı qəbul etmiş urumlar Türkiyədə Eymur adı ilə məlumdurlar.

Beləliklə Urumlar Anadoluda məskunlaşan Eymurlar ilə Azərbaycandakı Ayrımların kökünü təşkil edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Aprel 2026 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri