Macarıstan Ukraynanın 800 minlik orduya sahib olmasını istəmir
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Macarıstan Ukraynaya etimad göstərmir və qonşu ölkənin Rusiya ilə münaqişə bitdikdən sonra 800.000 nəfərlik ordusunu saxlamasını istəmir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib. O qeyd edib ki, bu məsələlər Avropa ilə Rusiya arasında yeni təhlükəsizlik müqaviləsi çərçivəsində həll olunmalıdır.
"Mövcud Avropa təhlükəsizlik sistemi məhv edilib"və buna görə də gec-tez Aİ liderləri Rusiya ilə danışıqlar masasına oturmalı olacaqlar. Biz mütləq Rusiya-Avropa təhlükəsizlik müqaviləsi bağlamalıyıq və bu müqavilə çərçivəsində silahlı qüvvələrin səviyyələrinə məhdudiyyətlər qoymalıyıq", - deyə Orban bildirib.
Baş nazir qeyd edib ki, bu məhdudiyyətlər Ukraynaya da şamil edilməlidir:
"Mən 800.000 nəfərlik Ukrayna ordusunun olmasını istəmirəm, çünki bu, bizim üçün təhlükə yarada bilər. Tarixdə ukraynalılara etibar etməyim üçün tək bir səbəb tapa bilmirəm. Əgər kimsə belə bir səbəb bilirsə, xahiş edirəm mənə bildirin".
Orbanın sözlərinə görə, Ukrayna ordusunun mümkün qədər kiçik olması və bu ölkənin silahlı qüvvələri üzərində nəzarət mexanizmlərinin olması Macarıstanın da maraqlarına uyğundur.
Süleyman
Bu mövzuda digər xəbərlər:Macarıstan Ukraynanın dronunu vurdu
15 May 2025 10:07
Macarıstan Ukraynanın maliyyələşdirilməsinə qarşıdır
14 İyul 2025 14:56
“Macarıstan heç vaxt Ukraynanın NATO ya daxil olmasını dəstəkləməyəcək” Siyarto
03 Aprel 2025 23:19
Orban: “Macarıstan Ukraynanın mövcudluğunda maraqlıdır”
05 Oktyabr 2025 22:09
Macarıstan Ukraynanın istəyinə qarşı çıxdı
18 Mart 2025 05:30
Baxış sayı:160
Bu xəbər 26 Fevral 2026 01:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















