Macarıstanda ağcaqanadlar təhlükəli Qərbi Nil virusunu yayır
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Budapeşt, 7 sentyabr, AZƏRTAC
Macarıstanda Qərbi Nil virusuna yoluxma hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Milli İctimai Səhiyyə və Əczaçılıq Mərkəzinin laboratoriya testləri infeksiyanı təsdiqləyib, aparılan araşdırma isə xəstənin xəstələnməzdən əvvəl xaricə səfər etmədiyini, yoluxmanın ölkə daxilində baş verdiyini üzə çıxarıb.
Qeyd olunur ki, virus əsasən quşlar və ağcaqanadlar arasında dövr edir, insan və atlar isə “dalanda qalmış sahiblər” hesab olunur. Yoluxma əksər hallarda simptomsuz keçir, lakin nadir hallarda virus əsəb sistemini zədələyərək ensefalit, meningit və hətta ölümlə nəticələnə bilər.
Avropa Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 2025-ci ildə 14 Avropa ölkəsində 1112 yoluxma və 97 ölüm halı qeydə alınıb, ən ağır vəziyyət isə İtaliyada müşahidə edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 07 Sentyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















