Icma.az
close
up
RU
Macarıstandan Avropa İttifaqına ədalət çağırışı

Macarıstandan Avropa İttifaqına ədalət çağırışı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Cənubi Qafqazda sülh istəyiriksə, tərəflərə dəstək məsələsində fərq olmamalıdır

Macarıstan xarici işlər və xarici ticarət naziri Peter Siyartonun İrəvanda keçirilən beynəlxalq tədbirdəki çıxışı və həmin tribunadan rəsmi Brüsseli (diqqət edin, İrəvanı yox ha) tərəfdaşlıq etdiyi ölkələrlə münasibətdə obyektivlik nümayiş etdirməyə çağırması o qədər də adi və ya sadə məsələ deyil. Məlum məsələdir ki, Budapeşt həmin addımı atanda “Avropa İttifaqı bizim bu mövqeyimizə nə deyəcək?”– sualı ilə üz-üzə qalmaqdan çəkinməyərək, beynəlxalq hüququn təməl prinsiplərinə ehtiramla yanaşmağı üstün tutdu.

Bütün dünya görür ki, bu gün Avropanın, demək olar əksər qurumları Cənubi Qafqazda sülh müqaviləsinin imzalanmasını arzulayır və tərəfləri tələsdirirlər. Həm Avropada, həm də Cənubi Qafqazda hamı yaxşı bilir ki, bu “tələskənliyin” kökündə Ermənistanı yaranmış vəziyyətdən xilas etmək məqsədi dayanır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, keçmiş münaqişə başa çatan kimi biz həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq ictimaiyyətə sülh təkliflərimizi göndərmişik: “Ermənistan bu təkliflərə müsbət cavab verərsə, lap yaxşı. Verməzsə, Azərbaycanın maraqlarına cavab verməyən sülh bizə lazım deyi”. Rəsmi Bakının bu mövqeyi Ermənistanın havadarlarını ciddi şəkildə narahat etdiyinə görə hansısa bir yalançı “sülh sazişinin” imzalanmasına nail olmağa çalışırlar. Ancaq istənilən addımda görürük ki, Avropa bu məsələdə təkcə İrəvanın maraqlarını nəzərə almağa çalışır.

Təbii ki, Azərbaycan və bizim beynəlxalq aləımdəki dostlarımız bütün bunlarla qətiyyən razılaşmır və mövqeyimizi daha aydın şəkildə ortaya qoyuruq.Üstəlik, bu prosesdə dost və tərəfdaşlarımız da Bakının mövqelərini dəstəkləməkdə daim qətiyyət nümayiş etdirirlər. Bu arqumentimizi əsaslandırmaq üçün son günlər şahidi olduğumuz bir neçə faktı xatırlatmaq kifayətdir.

Birinci, Azərbaycan Prezidenti İlham Əliyev bu il mayın 21-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Macarıstanın paytaxtı Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə Macarıstanın təşkilatdakı müşahidəçi statusunu və bu ölkənin Türk dünyası ilə dərin tarixi-mədəni bağlarını yüksək qiymətləndirdi. Dövlət başçımız, Macarıstanla strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı və bu ölkənin təşkilatın fəaliyyətinə verdiyi töhfələri xüsusi qeyd etdi. Yəni Macarıstan yetkilisi son günlər İrəvanda TDT-nin mövqelərini dəstəkləməkdən çəkinmədi.

İkinci, Macarıstan rəsmiləri daim Avropa İttifaqının xarici siyasət məsələlərinə, o cümlədən Cənubi Qafqaza münasibətdə ədalətli və balanslı yanaşmanın tərəfdarı olduğunu sübut edir. Belə ki, bu, dost ölkənin xarici işlər və xarici ticarət naziri Peter Siyarto “İrəvan Dialoqu – 2025” adlı konfransın panel müzakirəsi zamanı Avropa Sülh Fondundan Ermənistana 20 milyon avro ayrılması təklifinə maraqlı münasibət bildirib: “Budapeşt bu addıma etiraz etmir, əksinə balansın qorunmasında israrlıdır: eyni dəstək Azərbaycana da göstərilməlidir”.

Macar diplomat xatırladıb ki, biz əvvəllər də belə bir ayrı-seçkiliklə üzləşmişdik. Yəni Avropa İttifaqı müvafiq fonddan Ermənistana 10 milyon avro yardım ayıranda biz israr etmişdik ki, Azərbaycana da eynilə həmin məbləğdə yardım ayrılsın. O zaman bu təklifimiz qəbul edilmişdi : “Hər iki ölkəyə bərabər səviyyədə yardım ayrılmışdı”.

Təbii ki, bu fakt cənab Siyartonun fərdi qətiyyətinin və ya hansısa prinsipiallığının yox, ümumilikdə Macarıstan dövlətinin xarici siyasətindəki ədalət normalarına ehtiramın göstəricisidir. Odur ki, bu mövqe rəsmi Budapeştin Avropa İtifaqı daxilindəki gah qərəzli, gah da birtərəfli addımlara qarşı çıxmaq üzrə ardıcıl siyasətini əks etdirir. Budapeşt tələb edir ki, istənilən məsələdə bütün tərəfdaşların maraqları nəzərə alınsın.

Üçüncü: Bu il aprelin 16-da – yəni cənab Siyartonun İrəvan səfərindən təxminən bir ay əvvəl region mətbuatında oxumuşduq ki, Macarıstan Avropa İttifaqının Ermənistana hərbi yardım paketini bloklayır. Əlavə edilirdi ki, son altı həftə ərzində Macarıstan Avropa İttifaqının Avropa Sülh Fondundan Ermənistana göndərilən 10 milyon avroluq hərbi yardımın qarşısını kəsib. Xatırladaq ki, həmin fond 2021-ci ildə – yəni Ermənistanın rüsvayçı məğlubiyyətindən bir il sonra yaradılıb və bu, qitə miqyaslı quruma üzv ölkələrdən kənara hərbi yardım göndərmək üçün istifadə etdiyi fonddur. Yarandığı gündən vəsaitlər əsasən Ukraynaya yönəldilib, lakin 2024-cü ildə daha 10 milyon avronun Ermənistana köçürülməsi təsdiqlənib, lakin Macarıstan onlara mane olub. Qeyd olunurdu ki, Aİ-nin Xarici Siyasət üzrə rəhbəri Kaja Kallas tərəfindən təklif edilən yardım Avropa Sülh Mexanizmi vasitəsilə Ermənistanın “qeyri-öldürücü müdafiəsini” gücləndirmək məqsədi daşıyır. “Azadlıq” radiosu qeyd edir ki, Budapeşt sonda ölkədə minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün Bakıya ekvivalent məbləğdə maliyyənin göndərilməsi şərti ilə etirazını dayandırıb.

Sonda. Təbii ki, erməni ideoloqlarının əsrlərdən bəri uydurduqları miflər əsasında törətdilən vəhşilik və vandallıqlar qədim Azərbaycan ərazilərində qurduqları dövləti elə bədbəxt günə salıb ki, avropalıların ayırdığı 10 və ya 20 milyon avrodan “Haykanuşa tuman olmayacaq”. Eləcə də, həmin vəsaitin Azərbaycana verilməsinə rəsmi Bakının o qədər də ehtiyacı yoxdur. Bunu Avropada da yaxçı bilirlər, Ermənistanda da. Əsas məsələ özünü demokratiyanın və ədalətin beşiyi adlandıran Avropanı təmsil edənlərin demokratiyadan və ədalətdən kənar addımlarının qarşısının alınmasıdır.

Biz məmnunuq ki, bu addımların qarşısının alınmasında Türk Dövlətləri Təşkilatının bayrağı altında fəaliyyət göstərən ölkələrdən birinin siyasətçi və rəsmiləri daha böyük prinsipiallıq nümayiş etdirirlər. Macar dostlarımıza təşəkkür edərək, “Yolunuz açıq olsun!” – deyirik.

İttifaq MİRZƏBƏYLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2025 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri