Maçu Piçuda gözlənilməz mənzərə: 5000 metrlik yüksəklikdə futbol meydanı VİDEO
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Amerikanın futbol azarkeşi Libertadores Kubokunun finalından sonra Peruya səyahət edən zaman Maçu-Piçuda yaşadığı təəccüblü anı qeydə alıb.
İdman.Biz xəbər verir ki, o, təxminən 5000 metr yüksəklikdə yerləşən dağ zirvəsinə çatanda heç kimin yaşamadığı bu ərazidə qurulmuş futbol meydanı ilə qarşılaşıb və mənzərənin heyranedici olduğunu bildirib.
Azarkeş gördüyü mənzərəni belə təsvir edib:
“Burada demək olar ki, heç kim yaşamır, amma yenə də insanlar futbol oynayır! Bu, gördüyüm ən gözəl meydandır. Düşünürəm ki, futbolun həyatımızda oynadığı nəhəng rolu çox vaxt dəyərləndirmirik.”
Qeyd edək ki, Azərbaycanın “Sabah” futbol komandasının baş məşqçisi Valdas Dambrauskas da bir müddət öncə oxşar paylaşım etmişdi. O, Şahdağa qalxarkən 2000 metr yüksəklikdəki futbol meydançasının görüb təəccüblənmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 11 Dekabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















