Icma.az
close
up
RU
Maçu Piçunun hələ də açılmayan sirləri

Maçu Piçunun hələ də açılmayan sirləri

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Perunun sərt dağları arasında, sisli zirvələrdə yüksələn qədim bir şəhər - Maçu Piçu. 

News24.az xəbər verir ki, İnka imperiyasının səmaya yaxın daş memarlığı təkcə tarixçiləri deyil, musiqiçiləri və şairləri də heyran qoyur. Bu ad günümüzdə hələ də mahnılarda çəkilir, əsrlər keçsə də, tam aydınlaşmayan sirləri ilə diqqət çəkməyə davam edir.

Kimlər üçün inşa olunmuşdu?

1911-ci ildə Hirəm Binqem tərəfindən yenidən kəşf ediləndən bəri aparılan araşdırmalar Maçu Piçunun kim üçün və hansı məqsədlə inşa edildiyinə hələ də qəti cavab verə bilmir. Bəzi arxeoloqlara görə bu yer kral ailəsi üçün bir istirahət məkanı olub, digərlərinə görə isə dini bir mərkəz. Lakin heç bir nəzəriyyə, bu qədər çətin keçilən ərazidə bu dərəcədə möhtəşəm və mürəkkəb quruluşun niyə tikildiyini tam izah edə bilmir.

Mühəndislik möcüzəsi, yoxsa kosmik bələdçimi?

Tonlarla ağırlığı olan daşların millimetrik dəqiqliklə bir-birinə oturması, üstəlik heç bir sement və ya məhlul istifadə olunmadan qurulması, günümüz texnologiyası ilə belə təəccüb doğurur. Geoloji analizlər bu tikililərin seysmik hərəkətlərə davamlı olduğunu göstərir. İnka mütəxəssisləri bunu necə bacarıb? Bəzilərinə görə bu strukturlar yalnız memarlıq baxımından deyil, həm də astronomik bələdçi funksiyasını daşıyırdı. Günəş, ulduzlar və bərabərlik günləri ilə olan uyğunluq bu fikri gücləndirir.

Niyə tərk edildi?

Maçu Piçu 16-cı əsrdə ispan müstəmləkəçiləri tərəfindən tapılmadan tərk edildi. Niyə? Yoluxucu bir xəstəlik, siyasi bir böhran, yoxsa mistik bir inanclamı? Arxeoloji izlər şəhərin tələsik boşaldıldığını göstərsə də, ardında qalan səssizlik bu sualın cavabını hələ də gizli saxlayır.

Musiqidən sənədli filmlərə qədər

Gizəmli aurası Pink Floyddan tutmuş The Strokesa qədər bir çox sənət əsərinə ilham verən Maçu Piçu, eyni zamanda UNESCO-nun Dünya İrs Siyahısına daxildir. Hər il minlərlə turistin ziyarət etdiyi bu məkan təkcə bir turistik dayanacaq deyil, keçmişlə ruhani bağ yaradan bir yer kimi də dəyərləndirilir./hit

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Aprel 2025 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri