Icma.az
close
up
RU
Maddi təmizlikdən mənəvi təmizliyə...

Maddi təmizlikdən mənəvi təmizliyə...

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Təmizlik insan həyatının vazkeçilməz ehtiyacıdır. Hər şey təmizliklə başlayır və əslində, hər şey də insanın təmizlənməsi üçündür. Təbii ki, təmizlik deyəndə ağlımıza həm maddi, həm də mənvi təmizlik gəlir. Əslində, təmizliyin bu iki qütbü arasında müəyyən bağlılıq mövcuddur. Yəni, mənəvi təmizlik maddi təmizliyi tələb edir. Diqqət yetirmisinizsə, bir müsəlman ibadətə hazırlaşırsa, ilk növbədə maddi təmizliyin ortaya qoyduğu şərtləri yerinə yetirir. Maddi təmizliyin təmin edilməsindən sonra başlanan dini ritual da əslində, insanın mənəvi təmizlənmə mərhələsidir.
***
Bir atalar sözü var: “Aslan yatdığı yerdən bəlli olar”. Yəni, insanı tanımaq istəyirsinizsə, onun ətrafına baxın, təmizliyinə diqqət edin. Əslində, bu sözün altında böyük həqiqətlər gizlənir. Çünki təmizlik eyni zamanda özünə hörmətin, xarici dünyaya münasibətin ən bariz təzahürüdür. Təkcə üst-başının və ya evinin deyil, yaşadığı həyətin, məhəllənin, kəndin, şəhərin təmizliyini düşünmək hər birimizin insanlıq borcudur.
Bu gün dünyamızın qarşısında duran ən böyük problemlərdən biri, heç şübhəsiz ki, ekoloji tarazlığın pozulması, atmosferin çirklənməsidir. Evinin içini təmiz saxlayanların udduğumuz havanı çirkləndirməsi nə qədər də anlaşılmaz bir mənzərədir, elə deyilmi? Əslində, dünyanın nizamını pozanlar, ekologiyamıza ağır zərbə vuranlar dünyamıza qəbir qazırlar. Nə yazıq ki, gələcəyimizə, dünyamıza qənim kəsilmiş bu güclər ən böyük dünya dövlətləridir.
***
Təmizlik tərbiyədə geniş yer alan sahədir. Ağlı kəsəndən uşağa başa salınmalıdır ki, yataqdan qalxanda onun ilk işi təmizlənmək olmalıdır. Əl-üzünü yumaq, dişlərini fırçalamaq övlada ana laylası ilə öyrədilməlidir. Geyiminə diqqət yetirmək, bir iş gördükdən sonra yeri yığışdırmaq, özündən sonraya zibil qoymamaq həm özünə hörmətdir, həm də də başqalarına. Bu gün nəqliyyatda və ya digər ictimai yerlərdə tum çırtlayanlar, başqalarını düşünmədən küçəyə tüpürənlər bu məsələdə sinifdə qalanlardır.
***
Bir söz var: “Heç kim öz ayranına turş deməz”. Yəni, elə bir adam tapmazsınız ki, mənəvi problemlərindən danışsın, öz eyblərini sayıb töksün. Başqa məşhur bir deyim də var: “Ancaq mənim ürəyim təmizdir”... Əmin olun ki, kəlməbaşı ürəyinin təmiz olduğunu deyənin mənəvi problemi var. Çünki o, bu sözü deməklə hansısa qüsurunu ört-basdır etməyə çalışır. Ürəyi təmiz olanlar heç vaxt bunu dilə gətirmirlər. Çünki ürəyi təmiz olmağın əsas əlamətlərindən biri də içində duyduğu o təmizliyi gizli saxlamaqdır.
***
Mənəvi çirkab paxıllıqdır, riyakarlıqdır, yalançılıqdır… və ən dəhşətlisi nəfsinin köləsi olmaqdır. Bir sözlə, yaxşı olmayan hər şey insanın mənəvi ekologiyasını pozan zəhərdir. Bütün bu çirkabdan qurtulmağın yolu tərbiyədir. Tərbiyə hər zaman və hər yaş üçün aktual müalicədir. İnsanın dəyəri elə onun təmizliyi qədərdir. Yəni, bir kəs maddi-mənəvi baxımdan nə qədər təmiz ola bilirsə, o qədər yüksəkdir.
***
Təmizlik gözəl keyfiyyət olmaqla yanaşı həm də böyük sərvətdir. Bu sərvət tərbiyə yolu ilə əldə edilir. İnsana böyükləri tərəfindən verilmiş və ya sonradan özünün qazandığı tərbiyə ilə. Təmizliyi öyrətmək, tərbiyə kimi vermək üçün ən yaxşı yol isə heç şübhəsiz təmiz olmaqdan keçir. Yəni, təmiz olmalıyıq ki, təmizlik tələb edə bilək.
Allah hər birimizə təmizlik nəsib etsin. Çünki O, təmizdir və təmiz olanları sevir.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Sentyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see417

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see265

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see257

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see254

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see253

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see240

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see237

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see234

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see232

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see227

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see224

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see221

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see216

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see215

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see213

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see211

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see206

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see200

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see198

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri