Maduro bütün ittihamları rədd edib və özünü hərbi əsir adlandırıb YENİLƏNİB
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York məhkəməsi tərəfindən onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.
Bakıvaxtı.az "Sky News"ə istinadən xəbər verir ki, Maduro məhkəmə zalında təqsirsiz olduğunu bildirərək, Venesuelanın Prezidenti olaraq qalmağa davam etdiyini söyləyib.
"Mən təqsirsizəm. Mən vicdanlı insanam", - o, özünü "hərbi əsir" adlandırıb. İttiham olunanlar Venesuela səfirliyindən konsulluq yardımı tələb ediblər. Məhkəmə Maduronun konsul işçiləri tərəfindən ziyarət edilməsinə razılıq verib.
***21:22
Nyu-Yorkda Manhettendəki Daniel Patrik Moynihan məhkəmə binasında narkoterrorizm və digər cinayətlərdə ittiham olunan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ilə bağlı məhkəmə iclası başlayıb.
Bakıvaxtı.az "Sky News"ə istinadən xəbər verir ki, Maduronun maraqlarını Barri Pollak təmsil edir.
İclas canlı yayımlanmayacaq, lakin KİV-lərin girişinə icazə verilib.
21:14
Venesuela prezidenti Nikolas Maduronun Nyu-York məhkəməsindəki maraqlarını "WikiLeaks" təsisçisi Culian Assancın azad edilməsi, həmçinin keçmiş "Enron" mühasibinin uğurlu müdafiəsi və digər məşhur işlərlə tanınan Vaşinqton vəkili Barri C. Pollak təmsil edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunub ki, Maduronun həyat yoldaşı Siliya Floresin müdafiəsini Texasdan olan vəkil Mark Donnelli öz üzərinə götürəcək.
Bu gün ABŞ tərəfindən tutulmuş venesualı lider və onun həyat yoldaşı Nyu-Yorkda məhkəmədə 92 yaşlı hakim Elvin Hellerştaynın sədrliyi ilə məhkəmə qarşısına çıxacaqlar. O, səs-küylü və rezonans doğuran işləri ilə tanınır. Hakim, 11 sentyabr terror aktlarından zərərçəkənlər üçün kompensasiya işləri, Harvi Vaynşteyn əleyhinə və "Darfur soyqırımı" araşdırması ilə tanınır.
Hakimin ABŞ prezidenti Donald Trampla bağlı işlərdə də təcrübəsi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Yanvar 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















