Maduro ittihamları rədd etdi
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
ABŞ-də həbsdə saxlanılan Venesuela Prezidenti Nikolas Maduro Nyu-York məhkəməsində işgəncə ittihamları ilə bağlı özünü təqsirli bilməyib.
Moderator.az xəbər verir ki, Maduro və həyat yoldaşı Siliya Flores onlara qarşı irəli sürülən ittihamlara bu gün cavab veriblər.
ABŞ mediasında yer alan xəbərlərə görə, Maduro Venesuelada vəzifədə olarkən müəyyən şəxslərə "işgəncə" əmri verməsinə dair bütün ittihamları rədd edib.
CNN-in məlumatına görə, Nyu-Yorkun Cənub Rayon Məhkəməsində tərcüməçi vasitəsilə danışan Maduro yenilənmiş ittihamnaməni "əvvəllər təqdim edilmiş əsassız iddiaların yenidən yazılması" kimi xarakterizə edib.
Ev dustaqlığı tələbi bu yaxınlarda rədd edilən Flores son illərdə Venesuelada saxlanılan amerikalılara və digər şəxslərə işgəncə verməkdə, eləcə də digər ittihamlarla üzləşir.Onlar həmçinin silah ittihamlarını qəbul etmədiklərini bildiriblər.
Məhkəmə müdafiə tərəfinin işin rədd edilməsi ilə bağlı arqumentlərini nəzərdən keçirmək üçün növbəti iclasını dekabrın 17-də keçirəcəyini elan etdi.
Qeyd edək ki, nu il yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyatın aparılıb və həyat yoldaşı ilə birlikdə ABŞ-yə gətirilib.
Maduroya qarşı "narkotik, kokain qaçaqmalçılığı və ABŞ-yə qarşı təxribat hazırlamaq" kimimittihamlar irəli sürülüb.
Maduro və həyat yoldaşı 3 yanvardan bəri Nyu-Yorkun Bruklin şəhərindəki təcridxanada saxlanılırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 15 Oktyabr 2026 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















