Icma.az
close
up
RU
Maduro getsə də, Hugo Çavez dövründə qurulan və anti ABŞ ideologiyasını təbliğ edən sistem yerində qalır

Maduro getsə də, Hugo Çavez dövründə qurulan və anti ABŞ ideologiyasını təbliğ edən sistem yerində qalır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Nikolas Maduronun zorakılıqla devrilməsi Latın Amerikasında və bəlkə də bütün dünyada güc balansını kökündən dəyişdirən bir presedentdir. Donald Tramp, mahiyyət etibarilə, danışıqlardan sonra beynəlxalq hüquq normalarını pozaraq tez bir zamanda güc tətbiqinə əl ata biləcəyini nümayiş etdirdi.

İraqın işğalı zamanı Səddam Hüseynə ölkəni sakitcə tərk etmək üçün 48 saat vaxt verdilər. Eyni şey amerikalılar Üsamə bin Ladenin onlara təslim edilməsini tələb etdikdə də baş verdi. Taliban daha sonra mövqe tutaraq "Biz bunu etməyəcəyik" dedi. Sonra zərbə gəldi.

Maduroya da getmək şansı təklif edildi. O, öz xalqının onu təslim etməyəcəyinə, kubalı mühafizəçilərinin ona kömək edəcəyinə ümid edirdi.

36 il əvvəl nəhayət amerikalılara təslim olan və ABŞ-yə gətirilən Panama prezidenti Norieqanın işinə baxaraq Maduroya nə olacağını başa düşmək olar. Ona qarşı cinayət işi açıldı və amerikalıların açıq şəkildə səsləndirdiyi və bir çoxlarının şübhə etdiyi ittihamların əksəriyyətinin məhkəmə tərəfindən konkret dəlillərə əsaslanaraq təsdiqləndiyi bir məhkəmə prosesi keçirildi. Noryeqa uzun illər həbsxanada yatdı, sonra digər ittihamlarla Fransaya ekstradisiya edildi, daha sonra xərçəng xəstəliyinə tutuldu və Panamaya göndərildi və orada öldü.

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Maduronun ABŞ silahlı qüvvələri tərəfindən, vəzifədə olan prezident statusunda zorla aparılması beynəlxalq hüquqa görə açıq-aşkar dövlət terroru və suverenliyin pozulmasıdır: “Buna oxşar hadisə 1989-cu ildə (Panama, Noriega) timsalında, yenə də ABŞ tərəfindən baş vermişdi. Amma nəzərə almaq lazımdır ki, Venesuela Panamadan fərqli olaraq dünya neft bazarına real təsirləri olan bir ölkədir.Dünyada sübut olunmuş ən böyük neft ehtiyatına (303 mlrd. barrel) sahib, OPEC-in əsas üzvlərindən biri, Çin və Hindistan üçün potensial "alternativ mənbı" hesab olunan bir ölkədir. Ona görə də son günlər Venesuelada baş verən hadisələr dünya ölkələrinin diqqət mərkəzindədir”.

Anar İsayev

Venesuelanın aqibəti necə olacaq?

Anar İsayev qeyd edib ki, ABŞ dövlət quruculuğunda uğursuz, amma rejim dağıtmaqda effektivdir: “Biz bunu Panamanın (qısa sabitlik, uzunmüddətli asılılıq (Əfqanıstan (dövlətin çökməsi) və Suriya (parçalanma,davam edən müharibə) nümunələrində görmüşük. Venesuelada da vəziyyət heç də fərqli olmayacaq. Çünki dünyanın ən böyük neft ehtiyatı, silahlı ideoloji baza, Rusiya və Çin faktoru ölkədə uzun müddət sabitliyin qorunmasında əngələ çevriləcək”.

“Maduro getsə də, sistem yerində qalır. O sistemin adı "Çavizm"dir. Hugo Çavez dövründə qurulan və anti-ABŞ ideologiyasını təbliğ edən bir sistem. Maduro bu sistemin yaradıcısı yox, idarəedicisi idi. Bu sistemin ən kritik faktoru, əsas sütunu ordudur. Ordu generalları iqtisadi sistemin içindədir. Neft, idxal və limanlar ordunun nəzarətindədir”-deyən politoloq bildirib ki, hakimiyyət dəyişsə də, ordu hələ ki, öz mövqeyini qoruyur.

Anar İsayevin fikrincə, bu səbəbdən də Maduro-simvolik fiqur, "Çavizm" institusional dövlətdir: “Maduro getsə də, Çavista sistem hələ də qalır. Ta ki ordu,neft və təhlükəsizlik bloku dağılana qədər.Bu prosses də hələ uzun zaman aparacaq və ölkə daxilində uzunmüddətli xaos yaşanacaq”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Yanvar 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri