Icma.az
close
up
RU
Maduro QƏRAR VERDİ: Venesuela ABŞ la müharibəyə belə hazırlaşır

Maduro QƏRAR VERDİ: Venesuela ABŞ la müharibəyə belə hazırlaşır

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Venesuela sahillərinə güclü dəniz armadası yerləşdirib. Üç esminesə daha beş gəmi əlavə edilib. Onların arasında üç raket esminesi, bir desant gəmisi və bir raket kreyseri var. Orada nüvə enerjisi ilə işləyən sürətli hücum sualtı qayığı da yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bölgədə uzun müddətdir ki, döyüş gəmilərinin cəmləşməsi müşahidə edilməyib.

Bir gün əvvəl Ağ Evin mətbuat katibi Karoline Leavitt, ABŞ-ın ölkəyə narkotik axınını dayandırmaq və narkotik ticarəti ilə məşğul olanları məsuliyyətə cəlb etmək üçün bütün gücündən yararlanacağını söyləyib. Eyni zamanda o xatırladıb ki, ABŞ Nikolas Maduronu legitim lider hesab etmir.

Maraqlıdır ki, əməliyyatda 4,5 min dəniz piyadası ilə yanaşı, müəyyən sayda hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak edir. Vaşinqtondakı hərbi ekspertlərin qənaətinə görə, müəyyən müddət ərzində gəmilər Meksika Sahil Mühafizəsi ilə birlikdə bu ölkənin sahillərində patrul edəcək, Bütün bu hazırlıqlar ilk baxışda ABŞ-ın Venesuelada quru əməliyyatı keçirməsi ehtimalından xəbər verir. Ancaq vəziyyət ilk baxışdan göründüyündən daha mürəkkəb ola bilər. Çünki Maduro da boş oturmur və İrandan hərbi dəstək alır.

Bəzi məlumatlara görə, 2013-cü ildə Maduro hakimiyyətə gələndə ölkədə 15 “Arpia” pilotsuz uçuş aparatı olub. Onlar neft mədənlərində və ölkə sərhədlərində patrul xidməti həyata keçirib. 2014-2018-ci illərin iqtisadi böhranı inkişafı ləngitdi. 2019-cu ildə Maduro  pilotsuz uçuş aparatlarından istifadə edərək sui-qəsd cəhdindən sağ çıxdı. Bundan sonra o, pilotsuz təyyarələrin istehsalını kəskin şəkildə artırmağı əmr etdi. Kamikadze dronları isə İran texnologiyası əsasında toplu şəkildə yığılmağa başladı. Venesuelanın özü İranın köməyi olmadan heç vaxt bu proqramı həyata keçirə bilməzdi və indi onun tərəfdaşı PUA istehsalına tam nəzarət edir.

Amerika döyüş gəmilərinin ölkə sahillərinəcəmləşməsi ilə Maduro da “əzələ” nümayiş etdirmək qərarına gəlib. O, könüllülər ordusunu səfərbər edib, müdaxilənin qarşısını almaq üçün Kolumbiya ilə sərhədə 15 min əsgər yerləşdirib, öz gəmilərinə və ən müasir pilotsuz təyyarələrə döyüş hazırlığı əmrini verib.

Bütün bunlar ona deməyə əsas verir ki, amerikalılar Venesuelanı işğala məruz qoymağa cəsarət etməyəcəklər. Latın Amerikası üzrə tanınmış eksperti Geoff Ramsey deyir:

“Maduro anlayır ki, yaxın gələcəkdə ona qarşı hərbi əməliyyatlar aparılmayacaq. Venesuela müxalifəti ABŞ-ın hansısa sehrli həll yolu tapacağına ümidlidir. Amma bu versiya Trampın masasında yoxdur”, – ekspert vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri