Icma.az
close
up
RU
Maduro sonrası Venesuela hansı səmtə üz tutacaq?

Maduro sonrası Venesuela hansı səmtə üz tutacaq?

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Venesuela bu gün təkcə Latın Amerikası üçün deyil, qlobal siyasət üçün də mühüm diqqət mərkəzinə çevrilib. Xüsusilə prezident Nikolas Maduronun həbsi ilə bağlı müzakirələr beynəlxalq gündəmdə ciddi rezonans doğurub. ABŞ-ın son əməliyyatı  Venesuela böhranını regional çərçivədən çıxararaq qlobal siyasi məsələyə çevirib. Bu kontekst Venesuelada post-Maduro dövrü ilə bağlı ssenariləri və böyük güclərin ölkəyə yanaşmasını daha da aktuallaşdırıb. İndi hamını bir sual düşündürür: Venesuela bundan sonra hansı istiqamətə doğru addımlayacaq?

Bu suala cavab vermək üçün Venesuelanın hazırki siyasi palitrasına nəzər yetirmək lazımdır. Ölkənin siyasi palitrası dünya miqyasında ən mürəkkəb və ziddiyyətli mənzərələrdən biri hesab olunur. Venesuela bir tərəfdən demokratik ənənələrə malik olsa da, digər tərəfdən kəskin avtoritarizm və hərbiləşmiş siyasətin mərkəzinə çevrilib. Tarixi inkişaf prosesində Venesuela həm sabit demokratik idarəçilik nümunəsi göstərib, həm də güclü liderlərə söykənən avtoritar modelə sürüklənib.

Hazırda ölkənin siyasi məkanı iki barışmaz qütb arasında bölünüb. Hakim düşərgənin əsasını 1999-cu ildən bəri iqtidarda olan Venesuela Vahid Sosialist Partiyası təşkil edir. Bu siyasi xətt “Çavizm” ideologiyasına əsaslanır və sosializm, anti-imperializm, eləcə də Latın Amerikası inteqrasiyası ideyalarını ön plana çəkir. Hakimiyyətin əsas dayaqları ordu, dövlət bürokratiyası və “kollektivlər” adlanan silahlı mülki qruplardır. Müxalifət cinahı isə müxtəlif ideoloji baxışlara malik – mərkəz-sağ, liberal və sosial-demokrat partiyaları birləşdirən Demokratik Birlik Platformasında cəmləşib. Onların əsas məqsədi azad və ədalətli seçkilər yolu ilə ölkədə siyasi keçidi təmin etməkdir.

Venesuelanın siyasi mədəniyyəti tarixən güclü lider amili üzərində formalaşıb. Cəmiyyət xarizmatik və çox vaxt hərbi keçmişi olan liderlərə meyl göstərib ki, bu da liderpərəstlik ənənəsini gücləndirib. Simon Bolivarın milli qəhrəman kimi kultlaşdırılması bu siyasi düşüncə tərzinin ideoloji əsasını təşkil edir. Bununla yanaşı, neft gəlirlərinə söykənən dövlət modeli əhalinin dövlətdən asılılığını artırıb və siyasəti daha çox ideoloji mübarizədən deyil, neft gəlirlərinin bölüşdürülməsi uğrunda rəqabətə çevirib. Ordu isə Venesuelada yalnız təhlükəsizlik institutu deyil, eyni zamanda, mühüm siyasi və iqtisadi aktor kimi çıxış edir. Yüksək vəzifələrin əhəmiyyətli hissəsi hərbi mənşəli şəxslər tərəfindən tutulur.

Bununla belə, Venesuela bir zamanlar Latın Amerikasının ən sabit demokratik ölkələrindən biri hesab olunurdu. 1958-ci ildə diktator Markos Peres Ximenesin devrilməsindən sonra aparıcı siyasi partiyalar demokratiyanın qorunması üçün razılıq əldə etdilər və bu razılaşma “Puntofijo Paktı” kimi tarixə düşdü. Növbəti dörd onillik ərzində hakimiyyət ölkədə dinc yolla, seçkilər vasitəsilə dəyişirdi. Regionun böyük hissəsinin hərbi diktaturalar altında olduğu bir dövrdə bu model Venesuelanı demokratik istisna kimi ön plana çıxarırdı.

Lakin 1990-cı illərə doğru bu sistem tədricən süquta uğradı. İki partiyalı siyasi model zamanla korrupsiyalaşmış və qapalı elita strukturuna çevrildi, neft gəlirlərinin ədalətsiz bölüşdürülməsi isə cəmiyyətdə dərin narazılıq yaratdı. Neft qiymətlərinin enməsi ilə müşayiət olunan iqtisadi böhran sosial partlayışa səbəb oldu, “Caracazo” etirazları və 1992-ci ildə Uqo Çavesin uğursuz hərbi çevriliş cəhdi bu böhranın siyasi nəticələri kimi tarixə düşdü.

Məhz tarixi kontekst fonunda post-Maduro dövrü ilə bağlı beynəlxalq proqnozlarda ABŞ-ın Venesuelada mövqelərini gücləndirəcəyi ehtimalı ön plana çıxır. Vaşinqtonun əsas strategiyası birbaşa müdaxilədən çox, iqtisadi, siyasi və institusional təsir mexanizmlərinə söykənir. Gözləntilərə görə, ABŞ sanksiyaların mərhələli şəkildə yumşaldılmasını demokratik islahatlar, azad seçkilər və hüquqi institutların bərpası ilə şərtləndirəcək.

Eyni zamanda, ABŞ-ın enerji sektorunda, xüsusilə Venesuela neft sənayesində mövqelərini bərpa etməyə çalışacağı ehtimal olunur. Amerika şirkətlərinin bazara qayıdışı həm Venesuela iqtisadiyyatının dirçəldilməsi, həm də Vaşinqtonun uzunmüddətli siyasi təsirinin güclənməsi baxımından əsas rıçaq hesab edilir. Təhlükəsizlik sahəsində islahatlar, ordunun siyasətdən kənarlaşdırılması və regional müttəfiqlərlə koordinasiya isə post-Maduro mərhələsində ABŞ-ın əsas prioritetləri sırasında göstərilir.

Bu ssenari reallaşacağı təqdirdə, Venesuela tədricən Qərb institutları ilə daha sıx inteqrasiya olunan, lakin daxili siyasi balansı hələ uzun müddət həssas qalacaq bir ölkəyə çevrilə bilər. ABŞ-ın ölkədə möhkəmlənməsi isə ani rejim dəyişikliyindən çox, Venesuelanın institusional zəiflikləri və iqtisadi asılılıqları üzərində qurulan uzunmüddətli təsir modeli kimi qiymətləndirilir.

Səbuhi MƏMMƏDOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Yanvar 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri