Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Maduronun ələ keçməsindən sonra İLK Bakı hansı mesaj verdi?

Maduronun ələ keçməsindən sonra İLK Bakı hansı mesaj verdi?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 3-də ABŞ ordusunun Karakasa zərbələri, ardınca Prezident Maduro və xanımını ələ keçirməsi bu regionla bağlı prosesləri diqqət mərkəzinə gətirib. Rəsmi Bakı da baş verənlərin fonunda Venesuela ilə təmasları davam etdirir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun venesuelalı həmkarı İvan Xil Pinto ilə telefon danışığı aparması bu baxımdan maraq doğurur.

Bu təmasın arxasında hansı siyasi mesajlar dayanır? Azərbaycan–Venesuela münasibətlərinin hazırkı səviyyəsini necə dəyərləndirmək olar?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, sözügedən telefon danışığı ilk baxışdan rutin diplomatik təmas təsiri bağışlasa da, regional və qlobal proseslər fonunda daha dərin məna daşıdığı şübhəsizdir:

“Xüsusilə Venesuelada baş verən son hadisələr, ölkə daxilində gərginlik və beynəlxalq müzakirələr fonunda bu əlaqənin qurulması rəsmi Bakının ehtiyatlı, amma prinsipial xarici siyasət xəttini bir daha ortaya qoyur.

Azərbaycan tərəfi Venesuelada baş verən hadisələr nəticəsində həlak olanlarla bağlı başsağlığı verərək, sülhün, sabitliyin və ölkə birliyinin qorunacağına ümid etdiyini bildirib. Bu, əslində Bakının ənənəvi diplomatik yanaşmasına uyğundur. Yəni ölkələrin daxili işlərinə qarışmamaq, amma humanitar həssaslıq nümayiş etdirmək. Venesuela xarici işlər nazirinin dövlət institutlarının fəaliyyəti, prezidentin səlahiyyətlərinin müvəffəqiyyətlə icra edildiyi və idarəetmənin davam etməsi ilə bağlı vurğuları isə beynəlxalq auditoriyaya “dövlət işləyir, nəzarət bizdədir” mesajının çatdırılmasına hesablanıb.

İvan Xil Pintonun dövlət institutlarının işlədiyini xüsusi qeyd etməsi, eyni zamanda ABŞ-la dialoqun davam etdiyini və enerji sektorunda ABŞ şirkətlərinin fəaliyyətinin bərpası istiqamətində iş aparıldığını vurğulaması Karakasın beynəlxalq ictimaiyyətə verdiyi mesaj kimi oxunmalıdır. Bu, bir tərəfdən daxili sabitliyin qorunduğunu nümayiş etdirmək, digər tərəfdən isə mümkün sanksiya yumşalmaları fonunda siyasi və iqtisadi manevr imkanlarını genişləndirmək cəhdidir. Azərbaycanın bu məqamda dialoq tərəfi kimi çıxış etməsi Venesuela üçün diplomatik baxımdan əhəmiyyətlidir”.

Onun sözlərinə görə, Azərbaycan–Venesuela münasibətləri hazırda əsasən siyasi və çoxtərəfli platformalar üzərindən inkişaf edir:

“Xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində tərəflər arasında qarşılıqlı anlayış və dəstək mövcuddur. Venesuelanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ məsələsində Bakının mövqeyini dəstəkləməsi münasibətlərin siyasi əsasını gücləndirən mühüm faktordur. Bununla yanaşı, ikitərəfli iqtisadi əməkdaşlıq hələlik məhdud xarakter daşıyır və daha çox potensial səviyyəsində qalır.

Geosiyasi baxımdan isə Azərbaycanın Venesuela ilə əlaqələri inkişaf etdirərkən balanslı xətt yürütdüyü ortadadır. Rəsmi Bakı nə Qərblə münasibətlərini risk altına alır, nə də özünü müəyyən geosiyasi blokun tərkib hissəsi kimi təqdim edir. Bu yanaşma Azərbaycanın müstəqil və çoxsaxəli xarici siyasət kursunun davamı kimi qiymətləndirilə bilər.

Düşünürəm ki, Bayramovla Pinto arasında baş tutmuş telefon danışığı Azərbaycanın Qlobal Cənub ölkələri, həmçinin Latın Amerikası ilə əlaqələri qorumaq və genişləndirmək strategiyasının tərkib hissəsidir. Eyni zamanda, rəsmi Bakı Venesuela məsələsində ehtiyatlı diplomatik dil seçərək həm beynəlxalq hüquq prinsiplərinə sadiqliyini, həm də regional və qlobal balansları nəzərə aldığını nümayiş etdirir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri