Mağazalar müştəriləri belə tora salırlar XƏBƏRDARLIQ
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son dövrlər mağazaların reklamlarında müxtəlif endirim kampaniyaları ilə bağlı vədlərə tez-tez rast gəlinir. Lakin bəzi hallarda istehlakçılar reklamda endirimdə olduğu bildirilən məhsulu almaq üçün mağazaya üz tutduqda fərqli mənzərə ilə qarşılaşırlar. Satıcılar ya belə bir kampaniyanın olmadığını bildirir, ya da reklamda göstərilən endirimin həmin məhsula şamil edilmədiyini deyirlər. Bəs bu cür hallar istehlakçıların aldadılması hesab olunurmu? Mağazalar həqiqətə uyğun olmayan endirim reklamlarına görə hansı məsuliyyəti daşıyırlar?
Mövzunu "Azpolitika"ya şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, reklamlar vasitəsilə istehlakçıların aldadılması, onların hüquqlarının pozulması çox geniş yayılan ciddi bir problemdir:

"Dövlətin qanunları bu cür hallara qadağa qoyur. Belə ki, "Reklam haqqında" Qanununa və İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanuna görə, reklamda verilən məlumatlar, yəni qiymət, endirim müddəti və şərtləri həqiqətə uyğun olmalıdır. Ancaq təəssüflər olsun ki, istehlakçılar reklam materiallarında bir, reallıqda isə başqa nəticə görürlər. Bu, xüsusən onlayn satışlarda geniş yayılıb. Məsələn, istehlakçı onlayn formada saat sifariş edir. Çatdırılma zamanı isə qutudan üzərində saat şəkili olan karton çıxır. Bu kimi misalları çox çəkmək mümkündür. Belə halda reklamın ekran görüntüsünü və ya videosunu çəkmək, məhsulun mağazadakı qiymət etiketinin şəklini almaq lazımdır. Eyni zamanda kassir və ya rəhbərliklə danışmaq, vəziyyəti başa salaraq reklamda göstərilən qiyməti tələb etmək mütləqdir. Əgər bu addımlar nəticə verməsə, o zaman istehlakçılar reklam materialını əldə saxlamaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verməlidirlər. Bu halda dövlət orqanı qarşı tərəfi ciddi cərimələyə bilər".
Müşviq Tofiqoğlu
Azpolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 03 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















