Icma.az
close
up
RU
Mağazalardakı qiymət tələsi Rəqəmlər belə kiçildilir

Mağazalardakı qiymət tələsi Rəqəmlər belə kiçildilir

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi mağazalarda bahalı məhsulların qiyməti qrama uyğun göstərilir. Bu yanaşma ilk baxışdan rahat müqayisə imkanı versə də, bəzi hallarda qiymətin real dəyəri ilə bağlı çaşqınlığa səbəb ola bilər. Belə təqdimat forması istehlakçıların seçimlərinə necə təsir edir və bu üsul nə dərəcədə şəffaf hesab olunur ?
Məsəlı ilə bağlı reklamçı Anar Veyis Demokrat.az-a bildirib ki, bu hal o zaman baş verə bilər ki, məhsul həm 100 qramlıq qablaşdırmada təqdim olunur, həm də kilo ilə satışı mövcuddur:
"Yəni eyni məhsulun fərqli ölçü formatlarında satışa çıxarılması mümkündür. Amma konkret olaraq bu yanaşmanın kim tərəfindən düşünülərək tətbiq edildiyi sual doğurur.
Bu, klassik mənada marketinq strategiyası kimi qiymətləndirilmir. Hətta belə qəbul olunsa belə, uğurlu strategiya hesab etmək çətindir. Çünki müştərilərin artıq formalaşmış alış vərdişləri var. Əgər bir məhsul adətən qramla alınırsa, bu cür təqdimat normal qarşılanır. Lakin yalnız diqqət çəkmək məqsədilə qiymətin fərqli formada göstərilməsi yanlış qiymət siyasəti kimi dəyərləndirilə bilər".
O bildirib ki, qanun pozuntusu olmasa da, bu yanaşma müştərini alışmadığı vəziyyətlə üz-üzə qoyur:
"Xüsusilə Azərbaycan kimi bazarda, müştəri düşüncəsinə uyğun olaraq, bu cür dəyişikliklər birmənalı qarşılanmaya və hətta aqressiv reaksiyalara səbəb ola bilər. Sosial şəbəkələrdə paylaşılan şəkil və videolar da göstərir ki, artıq bəzi istehlakçılar bunu müsbət qarşılamayıb, narazılıqlarını açıq şəkildə ifadə ediblər.
Digər tərəfdən, “reklamın yaxşısı, pisi olmur” yanaşması da artıq müasir dövrdə tam doğru hesab edilmir. Bəli, ola bilər ki, bu addım atılarkən məhz müzakirə yaradacağı və viral olacağı düşünülüb. Lakin hər viral olan yanaşma uğurlu nəticə vermir.
Müqayisə üçün qeyd edim ki, məsələn, Türkiyədə də bu praktika mövcuddur. Amma əsasən müştərinin adətən qramla aldığı məhsullarda tətbiq edilir. Quru meyvələr, çərəzlər kimi məhsullarda qiymətin qramla göstərilməsi alıcı üçün daha aydın və qəbul ediləndir", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri