Icma.az
close
up
RU
“Magistr təhsili bakalavr təhsilindən kifayət qədər fərqlənmir” Ekspertdən TƏKLİF

“Magistr təhsili bakalavr təhsilindən kifayət qədər fərqlənmir” Ekspertdən TƏKLİF

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan ali təhsil müəssisələrində magistr təhsili bakalavr təhsilindən kifayət qədər fərqlənmir”.

Sfera.az bildirir ki, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. O qeyd edib ki, bu mərhələni sadəcə bakalavrın davamı kimi qəbul etmək ciddi problemlərə yol açır:

“Magistrantların hər semestr çox sayda imtahan verməsi, kollokviumlar, gündəlik qiymətləndirmələr və fərdi işlərlə yüklənməsi tədqiqat yönümlü təhsilin inkişafına mane olur. Halbuki, magistratura, əsasən, tədqiqat bacarıqlarının formalaşdırılması və elmi fəaliyyətə hazırlıq üçün nəzərdə tutulub. Magistrantlar tədqiqat işlərinə yönəldilməli və hər semestrin sonunda elmi məqalələrini beynəlxalq jurnallarda çap etdirmələri və ya nüfuzlu konfranslarda təqdim etmələri təmin edilməlidir. Bunun üçün gündəlik qiymətləndirmə və cari yüklənmələr ləğv edilməli, tədqiqat əsaslı fəaliyyətlərə üstünlük verilməlidir. Bu yanaşma onların beynəlxalq arenada rəqabətə davamlı olmasını təmin edər”.

Ekspert bildirib ki, magistratura təhsil haqları çox yüksəkdir: “Bu, tələbələrin həm elmi fəaliyyətlərini, həm də ümumilikdə təhsilə marağını azaldır. Təhsil haqları azaldılmalı və magistrantlar üçün qrant layihələri yaradılmalıdır ki, onların tədqiqat işləri maliyyə dəstəyi ilə təmin olunsun. Eyni zamanda, humanitar sahələr üzrə plan yerləri azaldılmalı, əmək bazarının tələblərinə uyğun olaraq texnologiya, kənd təsərrüfatı, iqtisadiyyat və informasiya təhlükəsizliyi sahələrində yerlər artırılmalıdır. Magistr imtahanları yalnız ixtisas və xarici dil üzrə keçirilməlidir. Bu yanaşma magistratura təhsilinin əsas mahiyyətini, yəni dərin ixtisaslaşma və beynəlxalq səviyyədə inteqrasiyanı təmin edər”.

Günay

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Dekabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri