Müəllim olmaq üçün magistr təhsili məcburi olsun TƏKLİF
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təhsil eksperti Elşən Qafarov orta məktəblərdə müəllimlərin işə qəbulu ilə bağlı yeni təkliflə çıxış edib. O, gələcəkdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçün magistratura təhsilinin məcburi şərt kimi müəyyənləşdirilməsini təklif edir.
Ekspertin fikrincə, müəllimlərin işə qəbulu zamanı magistratura təhsili olan namizədlərə üstünlük verilməli, bakalavr və orta ixtisas təhsilli şəxslərin bu sahəyə qəbulu isə mərhələli şəkildə məhdudlaşdırılmalıdır.
Modern.az-a açıqlamasında Elşən Qafarov bildirib ki, Azərbaycan təhsil sistemi dünya təcrübəsinə uyğun inkişaf etməli, pedaqoji fəaliyyət elmi-pedaqoji yanaşma əsasında qurulmalıdır.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin bir çoxunda yalnız ümumi təhsil müəssisələrində deyil, məktəbəqədər təhsil sahəsində də çalışan pedaqoqlardan magistratura təhsili tələb olunur.
Ekspert hesab edir ki, Azərbaycanda da bu istiqamətdə mərhələli keçidə başlanılmalıdır. İlk növbədə, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas təhsilli şəxslərin iştirakına son qoyulmalı, onların bakalavr təhsili almaları üçün xüsusi proqramlar hazırlanmalıdır.
Hazırda orta ixtisas təhsilli müəllimlər arasında kifayət qədər yüksək idarəetmə və pedaqoji bacarıqlara malik kadrlar var. Bu şəxslərin potensialından daha səmərəli istifadə etmək üçün onlara bir və ya ikiillik xüsusi təhsil proqramı vasitəsilə bakalavr təhsili almaq imkanı yaradılmalıdır.
O, həmçinin magistratura təhsili olan namizədlərə müəllimlərin işə qəbulu müsabiqəsində əlavə balların verilməsini və onların seçim zamanı üstün tutulmasını təklif edib.
Ekspertin fikrincə, gələcəkdə təkcə orta ixtisas təhsillilərin deyil, bakalavr təhsilli şəxslərin də məktəbəqədər və ümumi təhsil müəssisələrində müəllim kimi işə qəbulu mərhələli şəkildə azaldılmalı, pedaqoji fəaliyyət üçün magistratura təhsili əsas tələbə çevrilməlidir. Bütün fənn müəllimlərinin magistratura təhsilinə malik olması tədrisin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 28 Noyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















