Magistral qaz kəmərlərində itkilər 5,5% dən çox azalıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərlərində 24,1 mln. kubmetr itki olub, bu da illik müqayisədə 5,5% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2025-ci ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 25,5 mln. kubmetr təşkil edib.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 792,1 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 2,6% artım müşahidə olunub.
İlin birinci yarısında qaz nəqlinin 55%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə əsasən“Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 11 442,2 mln. kubmetr qaz ötürülüb (1,8%-lik artım olub).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Sentyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















