Icma.az
close
up
RU
MAGİSTRATURA ÜÇÜN YAŞ MƏHDUDİYYƏTİ... Kimlərə, nə vaxtdan və necə tətbiq olunacaq? AzPolitika onlayn siyasi ictimai qəzet

MAGİSTRATURA ÜÇÜN YAŞ MƏHDUDİYYƏTİ... Kimlərə, nə vaxtdan və necə tətbiq olunacaq? AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

"Bakalavr və magistr təhsili bu yaş həddi çərçivəsində uyğunlaşdırılmalıdır"

Məlum olduğu kimi, Azərbaycanda təhsilə görə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı qanunvericilikdə bir sıra dəyişikliklər edilib. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilən dəyişikliklərə görə, təhsil alanın hərbi xidmətə çağırış üçün möhlət yaşı müxtəlif səbəblərə görə dəyişəcək.

Qanunda bildirilir ki, bakalavrda olduğu kimi, magistratura pilləsində əyani təhsil alan tələbələrə də hərbi xidmətdən möhlət hüququ veriləcək. Lakin bu möhlət hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılacaq. Belə ki, qanunda magistratura səviyyəsində təhsil alanlara təhsillərini bitirənədək, lakin 26 yaşdan çox olmamaq şərti ilə möhlət hüququnun veriləcəyi qeyd olunub. Həmçinin bildirilir ki, dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar isə istisna təşkil edəcəklər.

Yeni qanunda maraq doğuran məqamlardan biri də magistr pilləsi üzrə təhsil almaq istəyən, lakin 26 yaş məhdudiyyəti ilə üzləşə biləcək gənclərin təhsil həyatlarını necə davam etdirəcəkləri ilə bağlıdır. Bu zaman sual yaranır ki, məsələn, 25 yaşı tamam olan bir gəncin tədris müddəti adətən 2 il olan magistratura pilləsində təhsil almaq üçün müraciət etmək hüququ varmı? Bu halda şəxsin təhsilini yarımçıq qoyma təhlükəsi yarana bilərmi?

"AzPolitika" mövzunun aktuallığını nəzərə alaraq qeyd olunan sualları ekspertlərə ünvanlayıb.

Təhsil eksperti Kamran Əsədov "AzPolitika"-ya şərhində bildirib ki, qısa müddət əvvəl qanunvericiliyə edilən dəyişikliklər xüsusilə magistratura pilləsində təhsil alanlara 26 yaşdan çox olmamaq şərti ilə möhlət hüququnun tanınması ilə bağlı müddəa, təhsil və hərbi xidmət məsələsində müəyyən çevikliyi təmin edir: "Bu yanaşma həm təhsilin, həm də milli təhlükəsizlik maraqlarının balanslaşdırılması məqsədinə xidmət edir. Möhlət hüququ ilə bağlı bu dəyişikliklər həm təhsil almaq istəyən gənclər, həm də təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb edir. Yeni qanunvericiliyə əsasən, magistratura pilləsində təhsil alan şəxslərə verilən möhlət hüququ, yalnız 26 yaşını tamamlamayanlara şamil edilir. Bu o deməkdir ki, 25 yaşında magistratura təhsilinə müraciət edən bir şəxs, təhsil müddətində (adətən 2 il) hərbi xidmətdən azad olunur və bu müddət ərzində təhsilini başa çatdıra bilər. Bu hüquq, təhsil prosesinə mane olmamaq və yüksək ixtisaslı kadrların yetişdirilməsini təmin etmək məqsədilə tanınır. Bununla belə, 26 yaşdan yuxarı şəxslər artıq möhlət hüququndan istifadə edə bilmir".

Ekspert qeyd edir ki, bu, bəzi suallar və narazılıqlar yarada bilər: "Azərbaycanda möhlət hüququ ilə bağlı statistika göstərir ki, hərbi xidmətdən azad edilmək və ya möhlət hüququndan yararlanmaq istəyənlərin əksəriyyəti təhsillə bağlı səbəblər göstərir. Məsələn, 2023-cü ildə verilən möhlət hüququnun təxminən 70%-i təhsil alan şəxslərə aid olub. Bu, təhsilin ölkədə yüksək prioritet olduğunu göstərsə də, bəzi hallarda bu hüquqdan sui-istifadə edildiyi də vurğulanır. Yeni qanun məhz bu cür sui-istifadələrin qarşısını almaq və möhlət hüququnu daha şəffaf şəkildə tətbiq etmək məqsədi güdür. Dünya təcrübəsi ilə müqayisə apardıqda, müxtəlif ölkələrin möhlət hüququ ilə bağlı fərqli yanaşmalar tətbiq etdiyini görmək mümkündür.

Məsələn, Türkiyədə universitetlərdə bakalavr və magistratura təhsili alan şəxslərə möhlət hüququ təmin edilir və bu hüquq yaş həddi ilə məhdudlaşdırılır. Adətən bu hədd 29 yaşdır, lakin yalnız təhsil müddətində istifadə edilə bilər. Almaniyada isə hərbi xidmət könüllü olduğu üçün təhsil və hərbi xidmət arasında seçim məsələsi gündəmdə deyil. ABŞ-də isə hərbi xidmət könüllü əsasda həyata keçirildiyi üçün təhsil prosesinə birbaşa təsir göstərmir. Azərbaycanla müqayisədə bu ölkələrdə təhsil və hərbi xidmət məsələləri daha çevik və adaptiv qaydalara əsaslanır".

"Yeni qanunvericiliyin müsbət tərəfləri arasında təhsilin prioritet olaraq qəbul edilməsi və gənclərə daha çox seçim azadlığının verilməsi dayanır. Möhlət hüququnun 26 yaş ilə məhdudlaşdırılması həm təhsilin müddətinə nəzarəti gücləndirir, həm də bu hüquqdan sui-istifadə hallarını minimuma endirir. Bu yanaşma həmçinin ali təhsilin ikinci pilləsində ixtisaslaşmanın artmasına şərait yaradır. Belə ki, magistratura pilləsində oxuyan gənclər hərbi xidmətə çağırışdan qorxmadan təhsillərini başa çatdırmaq imkanına malik olur",-deyə ekspert bildirib.

K. Əsədovun sözlərinə görə, yeni qaydaların müəyyən mənfi təsirləri də ola bilər: "26 yaşdan sonra təhsil almağa qərar verən şəxslər üçün möhlət hüququnun təmin edilməməsi onların təhsil planlarını təxirə salmasına və ya hərbi xidmətlə təhsil arasında seçim etməsinə səbəb ola bilər. Bu, xüsusilə karyerasını inkişaf etdirmək üçün gec təhsil almaq istəyənlərə çətinlik yaradır. Üstəlik, müəyyən yaş həddinin tətbiqi bəzi şəxslər üçün bərabərsiz vəziyyət yarada bilər. Qanunvericilikdəki bu dəyişikliklər hərbi xidmət və təhsil arasındakı tarazlığı qorumağa yönəlib. Azərbaycanın coğrafi və strateji mövqeyi nəzərə alınaraq hərbi xidmətə olan ehtiyac prioritet kimi saxlanılır. Lakin təhsil də eyni dərəcədə önəmli bir sahədir və ixtisaslı kadrların yetişdirilməsi milli maraqların təmin olunmasında mühüm rol oynayır. Təklif oluna biləcək alternativlər arasında yaş həddinin daha da artırılması, məsələn, 28 yaşa qədər uzadılması və ya təhsil pilləsinin yekunlaşmasına əsaslanan daha çevik möhlət hüququ modelinin tətbiqi yer ala bilər".

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə "AzPolitika"-ya açıqlamasında bildirib ki, qurum tərəfindən sözügedən məsələ ilə bağlı hər hansı məhduddiyyət tətbiq olunmur: "Magistraturaya qəbul zamanı şəxsin hərbi möhlətinin olub-olmaması sistem vasitəsilə yoxlanılmır. Biz sadəcə cari ilin məzunlarının nəticələrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edirik ki, bu uşaqlar müsabiqə şərtlərini ödəyirlər və onlara möhlət verilməlidir. Ali məktəbə qəbul olmadıqları zaman isə hərbi xidmətə çağrılırlar. Abituriyentlərdə belədir ki, qeydiyyat yaşı keçibsə, nəinki imtahana, qeydiyyat mərhələsinə belə buraxılmırlar. Amma magistratura pilləsi üzrə belə bir problemlər yoxdur".

Hərbi ekspert Elxan Şıxəliyev isə "AzPolitika"-ya şərhində bildirib ki, dəyişikliklərdən sonra bakalavr və magistratura pillələri üzrə təhsil alan tələbələr bu barədə planlı hərəkət etməlidirlər:"Onlar işlərini əvvəlcədən elə planlaşdırmalıdırlar ki, bakalar təhsilərini bitirmə müddəti 24, magistraturanı isə 26 yaşdan çox olmasın. Təbii ki, qanunun qəbul olunduğu keçid dövrünə düşən tələbələrin bu mərhələdə yaş hədlərini keçib-keçməməsini müvafiq komissiyalar araşdırıb, qərar verə biləcəkər. Bu yaxın perspektiv üçün belədir. Amma 1-2 ildən sonra hər kəs bilməlidir ki, bakalavr və magistr təhsili bu yaş həddi çərçivəsində uyğunlaşdırılmalıdır. Əks təqdirdə ya hərbi xidmət keçib, bakalvra başlamalı, ya da bakalavrdan sonra hərbi xidmət keçib, magistr təhsili almalıdırlar. Düşünürəm ki, bütün bunlar zamanla tənzimlənəcək".

E. Bəyməmmədli

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri