“Bu imkanlardan yararlanmaq üçün yaş məhdudiyyəti yoxdur” Bəhruz Əzimov
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
"3 il ərzində tələbələr və məzunlar üçün ödənişsiz təlimlər təşkil olunub və onların müxtəlif təhsil forumları və karyera sərgilərində iştirak etmələrinə dəstək göstərilib".
Sfera.az xəbər verir ki, bu barədə fikirləri Təhsil Tələbə Krediti Fondunun sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bildirib.
“Məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün dövlət və özəl qurumlar ilə əməkdaşlıq əlaqələri qurulub. 30-dan çox müəssisə ilə Anlaşma Memorandumları imzalanıb. Beləliklə, 1000-dən çox tələbə təlimlərə cəlb olunub və 600-dan çox tələbə və məzun isə təcrübə proqramlarından yararlanıb”.
O qeyd edib ki, Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyəti yoxdur.
“Hətta 23 ailədə valideyn və övladlar da daxil olmaqla, ümumilikdə 69 nəfər, 1069 ailədə isə 2 nəfər, ümumilikdə 2318 nəfər tələbə adı qazanıb”.
Ülkər Abdurahmanlı
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















