Icma.az
close
up
RU
Mahir Abbaszadə 1,8 mln. manatlıq tenderi vergi borcu olan şirkətə verdi

Mahir Abbaszadə 1,8 mln. manatlıq tenderi vergi borcu olan şirkətə verdi

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu “Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması” ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Tribunainfo.az  dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Məişət İst” MMC seçilib.

Eyni zamanda, müsabiqənin nəticələrinə əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üçün sərf olunacaq vəsaitin həcmi məlum olub.

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun şirkətlə bağladığı müqaviləyə əsasən, sözügedən işlərin icrası 1 802 590,42 manata başa gələcək.

Qeyd edək ki, “Məişət İst” MMC 1994-cü ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Cəfərov Nicat İzahat oğludur. “Məişət İst”in bu günə olan məlumata görə dövlət qarşısında yığılmış və ödənilməmiş vergi borcu da vardır. Hazırda şirkətin vergi borcunun miqdarı 3618,96 manat təşkil edir. Amma “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkət tenderdə iştirak edə bilməz.

Baxmayaraq ki, “Məişət İst” MMC daha əvvəl 2023-cü ilin fevralında 70 000 manata yaxını vergi borcu olduğu halda Elm və Təhsil Nazirliyinin həmin il üzrə Bərdə rayon ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması ilə bağlı elan etdiyi 3,2 milyon manatlıq tenderinin də qalibi olub.

Bundan əlavə, “Məişət İst” Nazirliyin 2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması ilə bağlı elan etdiyi 8,3 milyon manatlıq tenderin də qalibi seçilib.

Xatırladaq ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadədir. O, 2018-ci ildən bu vəzifədə çalışır.

İqtisadiyyat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:338
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Aprel 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri