Mahir Almaniyada qalmaqal yaratdı Oynamadığı matçda komandasının buraxdığı qolu bəyənib
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyada qalmaqalla gündəmə gəlib.
"Unikal" xəbər verir ki, 28 yaşlı hücumçu sosial şəbəkə hesabında komandasının buraxdığı qolla bağlı edilən paylaşımı bəyənib.
Belə ki, II Bundesliqada ötən tur "Kayzerslautern" "Nürnberq"lə üz-üzə gəlib. Son görüşlərdə heyətdən kənarda qalan azərbaycanlı forvard bu dəfə də matçı kənardan izləməli olub. Qarşılaşma da 1:1 hesabı ilə yekunlaşıb.
"Nürnberq"in futbolçusu Robin Knohe sözügedən matçda penaltidən fərqlənib. O, oyundan sonra qolunu "Instagram" hesabında paylaşıb, Mahir Emreli də həmin paylaşımı bəyənib.
Almaniyanın məşhur "Bild" nəşri də məsələ ilə bağlı məqalə dərc edib. Yazıda deyilir: "Başqaları üçün xoşbəxt olmaq xoşdur. Amma bu, öz komandanızın uğursuzluğu ilə əlaqələdirildikdə mübahisəlidir. 90+3-cü dəqiqədəki qol "Kayzerslautern"in qələbəni əldə verməsinə səbəb olub. Görünür, Emreli bundan həzz alıb. O, klubu qəsdən təhrik edirmi?"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 29 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















