Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışından danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis ölkə çempionatının 15-ci turunda “Vidzev”ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Mahirin meydandakı fəallığını xüsusi qeyd edib.
Şvarqa polşalı jurnalistlərə açıqlamasında bildirib:
“42-ci dəqiqədə Mahirin intensiv və fasiləsiz pressinq etdiyi bir epizod oldu. Bunu bütün stadion hiss etdi. Mən “Rakuv”un stadionunda məhz belə atmosfer görmək istəyirəm. Azarkeşlər təkcə qələbələri, qolları və gözəl hücumları deyil, həm də müdafiədəki fədakarlığı qiymətləndirməli, komandanı irəliyə səsləməlidirlər”.
Mahir Emreli matça start heyətində başlayıb və görüşün 77-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, “Rakuv” bu qələbədən turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Komandanın 15 oyundan sonra 15 xalı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 Noyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















