Icma.az
close
up
RU
Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır Amma şəhər heç dəyişmir, nədən…

Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır Amma şəhər heç dəyişmir, nədən…

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır – Samux rayon İcra Hakimiyyətinə 2012-ci ildən başçılıq etmiş Alı Qocayev nəhayət 2023-cü ilin oktyabrında uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirinin müavin vəzifəsində çalışmış Firdovsi Əliyevlə əvəzləndi. Artıq iki ilə yaxındır ki, Samuxun İcra Hakimiyyətinə başçılıq edən Firdovsi Əliyev rayonda nə kimi işlər görə bilib, nə kimi yeni layihələr həyata keçirib?

Rəsmi medianın 2024-cü ilin noyabrında, yəni Firdovsi Əliyevin təyinatından bir il sonra yaydığı məlumata görə Samux rayonunda abadlıq-quruculuq işləri, yeni yaşıllıqların salınması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Yol kənarlarındakı tikililər, hasarlar yendən təmir olunur, estetik cəhətdən daha da gözəlləşdirilir. Səkilər çəkilir, onlara tamet daşlar düzülür, işıqlandırma sistemi yenilənir. Hər gün ən azı 50 nəfər bu işlərin sürətlə, həm də keyfiyyətlə görülməsinə çalışır, Samuxun daha da gözəlləşməsi naminə əllərindən gələni edirlər.

Aktualinfo.org dövlət satınalmalarının internet portalı üzərindən son ilik ildə Samux şəhərində aparılan abadlıq-quruculuq işləri ətrafında araşdırma apardı. Məlum oldu ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2024-cü ildə abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə “UPSİLON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 153.575,47 manat, işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə həmin şirkətlə 69.396,51 manat məbləğində satınalma müqaviləsi bağlayıb.Rəsmi medianın məlumatlarınada rayonda yeni yaşıllıqların salınması istiqamətində mühüm tədbirlər həyata keçirildiyi vurğulanır. Amma Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi nədənsə 2024-cü ildə satınalma planlarına daxil etdiyi yaşıllaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə kotirovkanın nəticələri barədə portala məlumat yerləşdirməyib. Amma 06.11.2024-cü ildə satınalmaların portalında iddiaçılara dəvət elanı verib. Kotirovkanın ehtimal qiyməti isə 87.113,86 manat müəyyən edilib.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 220 min manatdan çox müqavilə bağladığı “UPSİLON” MMC 13.11.2017-ci ildə 5 saylı Ərazi Vergilər İdarəsidə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, F.EYNULLAYEV, ev.3, m.12-də yerləşir. Nizamnamə kapitalı 29 640 manatdır. Qanuni təmsilçisi Qafarov Fikrət Eyvaz oğludur. Təsisçisi isə Quliyev Habil Nəcəf oğludur.

MMC Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən başqa heç bir satınalmanın qalibi olmayıb. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC-nin hazırki günə 185 504.25 manat vergi borcu var. Vergi öhdəlikləri üzrə 2022 – 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə MMC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2025-ci ildə isə satınalma planlarına bir açıq tender, 4 katirovka sorğusu daxil edib. Mart-may aylarında keçirilməsi planlaşdırılıan satınalmalardan abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə 17.07.2025-ci ildə “LOKAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 238.764,5 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. “Bir sıra mallar”ın satın alınması üzrə isə “COLOUR PARK AGRO” MMC ilə 03.06.2025-ci ildə 59.140 manat məbləğində müqavilə bağlanılıb. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “COLOUR PARK AGRO” MMC-nin 05.08.2024-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, BAĞBANLAR, ev.4-Dön, ev 8, m.0, qanuni təmsilçisi kimi isə Hüseynov İsrayıl İsmayıl oğlu qeyd olunub. Əldə etdiyimiz məlumata görə MMC Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ağaclar və kollar “satmaq” adı ilə formal olaraq yaradılıb.Amma mat-aprel aylarında keçirilməsi nəzərdə tutulan yaşıllaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması, yaşayış binalarının əsaslı təmiri, işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə kotirovkaların nəticəsi barədə satınalmaların portalında heç bir məlumat yoxdu.

Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində dövlət satınalmaları qanunun tələblərinə uyğun şəkildə təşkil olunmur. Bu qurumun təşkil etdiyi bütün satınalmalarda özünü açıq-aşkar göstərir. Bu isə o deməkdir ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində satınalmalar məqsədli şəkildə düzgün təşkil olunmur və abadlaşdırma və təmizlik işləri, nəqliyyat vasitələrinin cari təmiri, mənzillərin əsaslı və cari təmiri işləri, işıqlandırma və yaşıllaşdırma işləri adı altında ayrılan dövlət vəsaitləri məqsədli şəkildə bəzi şübhəli şirkətlər vasitəsilə təyinatından kənarlaşdırılır.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyevdi. O, 2006–2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2012-2020-ci illərdə İmişli rayon İcra Hakimiyyətinin başçısı olmuş və 5 may 2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin İmişli rayon icra hakimiyyətinin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılmış, 25 iyul 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş Vilyam Hacıyevin kadrı olub. Mahir Əliyev daha sonra 2012-2023-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş Alı Qocayevlə işləyib. Hazırda isə göründüyü kimi Firdovsi Əliyevlə Samuxun “gözəlləşməsi naminə” “çalışır”. Amma nədənsə son 15 ildir Samux şəhəri heç, dəyişmir, gözəlləşmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri