Icma.az
close
up
RU
Mahir Emreli “Rakuv”a transferinin pərdəarxasını açıqladı: “Danışıqlar bir aydan çox çəkdi”

Mahir Emreli “Rakuv”a transferinin pərdəarxasını açıqladı: “Danışıqlar bir aydan çox çəkdi”

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” komandasına faydalı olmaq istəyir.

29 yaşlı hücumçu yeni klubundakı hədəflərindən söz açıb.

“Komandaya faydalı olmaq niyyətindəyəm. Kollektiv şəklində uğur qazanmaq arzusundayıq. Ümid edirəm ki, mənim üçün ən yaddaqalan mövsümlərdən biri olacaq. Hamımız klubun uğurları üçün çalışırıq. Oynamaq istəyim hər şeyin önünə keçdi. Klubu dəyişməyimdə də məqsəd məhz bu idi. “Rakuv”da bu imkanı tapacağımı hiss etdim. Ümid edirəm ki, onlar mənə, mən də onlara faydalı olacağam”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

M.Emreli danışıqların bir aydan çox davam etdiyini söyləyib:

“Agentim bir aydan çox “Rakuv”la danışıq apardı. Mənə ilk təklif göndərən klublardan biri məhz bu idi. Bir ay ərzində mənimlə və “Kayzerslautern” klubu ilə danışıqlar oldu. Çünki klubla hələ 2 illik müqaviləm var. Çempionatın başlamasına bir neçə həftə qalmış transferi yekunlaşdıra bildik”.

Daha əvvəl Polşada “Legiya”nın formasını geyinmiş oyunçu çempionata bələd olduğunu vurğulayıb:

“Bu komandanı tanıyıram. Son illərdə etdikləri göz önündədir. Mən Polşada oynadığım zamanda da xatırlayıram. Özlərinə xas futbol oynayırdılar. Tipik Polşa futbolu sərgiləmirlər, cəsarətli futbol oynamağı xoşlayırlar. Bu amillər keçidimdə rol oynadı. Polşa liqasına bələd olsam da, çempionat yüksəlişə keçib. Ötən mövsüm son turlaradək müxtəlif komandaların çempionluq və avrokubok şansları davam edirdi. Bu da liqanın nə qədər inkişaf etdiyini göstərir”.

İcarə əsasında “Rakuv”a keçən oyunçu birdəfəlik transfer imkanına da toxunub:

“Birdəfəlik transfer üçün bəzi şərtlər var. Bunlar mövsümün sonunadək baş versə, transfer də gerçəkləşəcək. Hazırda növbəti oyunlara köklənmək niyyətindəyəm. Mövsümün sonunda klublar öz aralarında danışacaqlar”.

Xatırladaq ki, “Rakuv” Mahir Emrelini 1 illik icarəyə götürüb. Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın “Kayzerslautern” klubuna məxsusdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 İyul 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri