Mahir Emrelidən paylaşım: Nürnberq özümü xoşbəxt hiss etdiyim məkandır FOTO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanlı futbolçu Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib.
İdman.biz xəbər verir ki, "Nürnberq"də çıxış edən hücumçu transfer söz-söhbətlərinə aydınlıq gətirib.
"Son bir neçə gün ərzində mənimlə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün sizə müraciət edərək, anlaşılmazlığı aradan qaldırmaq istəyirəm. Mən "Nürnberq"in futbolçusuyam, səbirsizliklə meydanda və ondan kənarda əldə olunacaq uğurlu anları gözləyirəm", - deyə Emreli paylaşımında yazıb.
Azarkeşlərə səslənən Mahir əsas məqsədinin "Nürnberq"in uğurları olduğunu bildirib: "Əsas məqsədim komandanın ən yüksək nəticələr qazanmasıdır. İlk gündən bildirmişəm ki, sizi öz çıxışım və qollarımla sevindirmək üçün əlimdən gələni edəcəyəm. Nürnberq özümü xoşbəxt hiss etdiyim məkandır və səylə çalışmaq üçün tam motivasiyalıyam. İndi bütün diqqətlər növbəti oyunadır - sizin dəstəyinizə ehtiyacımız var və Hannoverdə 3 xal üçün birlikdə mübarizə aparacağıq".
Qeyd edək ki, Mahirin "Nürnberq"i tərk edərək, Cənubi Koreyaya yollanacağı xəbərləri yayılmışdı. Nəticədə azərbaycanlı futbolçu adı komandasının son iki oyununda iştirak ərizəsinə daxil edilməyib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 27 Fevral 2025 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















