Icma.az
close
up
RU
Mahir karyerasını hansı klubda davam etdirəcək? bütün detallar burda

Mahir karyerasını hansı klubda davam etdirəcək? bütün detallar burda

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Mahir Emrelinin formasını geydiyi "Nürnberq" Almaniyanın 2-ci bundesliqasında sonuncu - 34-cü tur oyununu keçirib. Nürnberliqlər Braunşveyqdə "Ayntraxt"ı darmadağın edib - 4:1. Oyuna start heyətində başlayan həmyerlimiz 10-cu dəqiqədə hesabı açıb. Mahir 20-ci dəqiqədə ikinci, 45+1-ci dəqiqədə isə üçüncü qolunu vurub. Həmçinin 20-ci dəqiqədə sarı vərəqə alıb. Hücumçunun belə üstün performansı diqqətdən kənarda qalmayıb. Belə ki, o, 34-cü turun rəmzi komandasına düşüb. 27 yaşlı hücumçu 3-4-3 sxeminə əsasən tərtib olunan "11-lik"də hücumun mərkəzində yer alıb. "Nürnberq" isə mövsümü 48 xalla 10-cu yerdə başa vurub.

Yeri gəlmişkən, “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Mahirin komandadan gedişi haqda danışıb: “Emreli ilə əməkdaşlıq məsələsinə yenidən baxmaq? Qərarımızdan çəkilmirik. Bu qərar çoxdan verilib. Mahirin hansı böyük klublarda oynadığını, yüksək dəstədə oynayarkən hansı pulları qazandığını bilirik. Bununla belə, rəhbərliyim altında olan komandaya keçmək istədiyini dedi, çünki mənlə çalışdığına görə məmnun idi. Ancaq işinin öhdəsindən nə dərəcədə yaxşı gəlsə də, düzgün danışmalıyıq: onu saxlamaq şansımız yox idi. Mahirin getməsi onunla münasibətlərimizi pozmayacaq”.


Mahir özü isə bu klub və şəhər üçün darıxacağını deyib:

“Bəlkə də bəzi futbolçular “transfer pəncərəsi” ərəfəsində zədələnməmək üçün son oyunda meydana çıxmazdı. Ancaq mən fərqli mentallığa sahibəm. Sevgi və əməkhaqqı görürsənsə, həmişə tam gücünü qoymalısan. Xüsusən də bu şəhəri belə sevirsəndə. Təkcə mən yox, ailəm, anam da bu şəhəri, stadionu, atmosferi, azarkeşləri sevir. Nürnberq üçün darıxacağıq”.


Təbii ki, indi əsas suallardan biri da Mahirin karyerasını harda davam etdirəcəyidi. Futbolçunun fikirləri:

“Agentimə demişəm ki, mövsümün sonuna qədər məni narahat etməsin. Hələ heç nə həll olunmayıb. Mənim üçün lap son günə qədər bütün diqqətimi “Nürnberq”ə yönəltmək vacib idi”.


Almaniyanın əsas nəşrlərindən biri “Bild”in xəbərinə inansaq, azərbaycanlı hücumçu ilə maraqlananlar arasında 2-ci bundesliqada son mövsümü 7-ci yerdə bitirən “Kayzerslautern” də var. Bundan başqa, 1-ci bundesliqanın ən azı bir klubu onun xidmətində maraqlıdı.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri