Icma.az
close
up
RU
“Sumqayıt”ın basketbolçusu: “Məqsədimiz ilk “4 lük”də yer almaqdır” MÜSAHİBƏ

“Sumqayıt”ın basketbolçusu: “Məqsədimiz ilk “4 lük”də yer almaqdır” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sumqayıt”ın basketbol üzrə Azərbaycan çempionatında çıxış edən komandası mövsümün son oyunlarında uğurlu nəticələr əldə edir. Komandanın forvardı Rüstəm Əliyev bu yüksəlişin səbəblərini, müdafiə planında görülən işləri və mövsümün əsas hədəflərini dəyərləndirib.

İdman.Biz xəbər verir ki, basketbolçu klubun mətbuat xidmətinə müsahibəsində “Sumqayıt”ın ilk “4-lük”də yer almaq və yarımfinal mərhələsinə yüksəlmək istəyini də dilə gətirib.

Həmin müsahibəni təqdim edirik.

- Son iki turda qalib gəlirik. Yüksəlişin səbəbi nədir?

- Doğrusu, yalnız “Gəncə” üzərində qələbəni real qalibiyyət kimi qələmə verə bilərəm. “Ordu” ilə matçda rəqibin legionerləri meydana çıxmadı. Ona görə də bu qələbə ilə tam olaraq öyünmək olmur. Hər halda, meydanda başabaş mübarizə izləmədik. Amma “Gəncə”ni düzgün təhlil etmişdik, bu oyuna çox yaxşı hazırlaşmışdıq. Məncə, yüksəlişimizin səbəbi artıq bir yerdə çox vaxt keçirməyimizlə əlaqəlidir. Biz də artıq formalaşma mərhələsini uğurla adlamaqdayıq. Əslində, “Ordu” ilə matçı da kiçiltmək istəmirəm. Rəqibin hansı oyunçularla meydanda olmasına baxmayaraq, bir görüşə ciddi hazırlaşmışdıq. Fikrimcə, onlar legionerləri ilə oynasaydı da, qələbə qazana bilərdik.

- Bu mövsüm müdafiə planında oyunumuzda yüksəliş var. Bunu hansı planda inkişaf etdiririk?

- Bəli, bu mənada inkişaf göz qabağındadır. Məsələ ondadır ki, mövsümün əvvəlində yoldaşlıq oyunları keçirmədik, buna görə də səhvlərimizi görmədik. Səhvlərimiz liqa matçlarında üzə çıxdı, elə ən çox da problemlərimiz müdafiədə idi. Biz məhz bu səhvlərin üzərində işləyib inkişaf etdik.

- Komandanın yeganə çempionluq sevinci yaşayan oyunçusu sənsən. Klubumuzda hədəfin nədir?

- “Sumqayıt” komandası heç vaxt yuxarı pillələrdə olmayıb. Bu il məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir. Mən “Sabah”da oynayarkən əvvəlcə komanda olaraq müntəzəm çempionatda minimum ilk “üçlük”də qərarlaşmaq istəmişik, pley-offa yüksələndə də finala vəsiqə qazanmaq arzusunda olmuşuq. “Sumqayıt”da da mövsümü ilk “4-lük”də bitirmək, yəni minimum yarımfinal seriyası oynamağı hədəfləyirik. Bu niyə də olmasın?!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Noyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri