Icma.az
close
up
RU
Mahmudəli Çöhrəqanlı: İranın ən böyük qorxusu Zəngəzur dəhlizinin açılmasıdır SÖHBƏT

Mahmudəli Çöhrəqanlı: İranın ən böyük qorxusu Zəngəzur dəhlizinin açılmasıdır SÖHBƏT

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tehranı narahat edən məqam türklərin oyanış yoluna girməsi, birlik, həmrəylik nümayiş etdirmək təşəbbüsləridir”



“400 min kv.km ərazisi olan, 40-45 milyonluq Güney Azərbaycan türk cümhuriyyəti qurulacaq. Gələcəkdə buna şahidlik edəcəyik”



İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində etiraz aksiyaları hələ də davam edir. Uzun illərdir ki, Urmiya gölünün quruması, hökumətin İraq və Suriya kürdlərini şəhərə köçürməsi, yerli azərbaycanlıların diskriminasiyaya məruz qalması siyasəti aparılır. Azərbaycanlılar haqlı olaraq buna etirazlarını bildirirlər, fürsət tapdıqca rejimə qarşı etirazlarını dilə gətirirlər. Etiraz aksiyaları Novruz günlərində pik nöqtəsini yaşayıb. Çünki İran hökuməti Urmiyada əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinə Novruz bayramı ilə bağlı tədbirlər keçirməyə icazə vermədiyi halda, kürdlərə belə bir qadağa tətbiq etməyib. Kürdlər də öz tədbirlərində Azərbaycan ərazilərinə iddialarını səsləndirib, Urmiyanın "Kürdüstan" olduğunu bildirərək öz bayraqlarını qaldırıblar. Nəticədə Urmiyanın türkdilli əhalisi ayağa qalxmağa məcbur olub. On minlərlə Azərbaycan türkü küçə və meydanlarda rejimin haqsızlığına etiraz etdilər, rejimə qarşı "Urmu canımdır, Təbriz axan qanımdır!", "Azərbaycan var olsun, istəməyən kor olsun!", "Urmu Kürdüstan olmaz, bu torpaqdan pay olmaz!" şüarlarını səsləndiriblər. Urmiyanın tarixi və mədəni kimliyinə qarşı yönəlmiş hər hansı dəyişikliyi qəbul etmədiklərini və bu məsələdə İran hökumətinin siyasətinə açıq şəkildə etirazlarını bildiriblər.

 Güney Azərbaycanda cərəyan edən proseslərlə bağlı "Sherg.az"a danışan, hazırda ABŞ-də mühacir həyatı yaşayan soydaşımız, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, professor Mahmudəli Çöhrəqanlı deyib ki, güneyli soydaşlarımız türk düşmənlərinə, Qərbin və İran rejiminin dəstəklədiyi terror təşkilatlarına və havadarlarına küçələrə çıxmaqla etiraz edirlər... 


 - Mahmudəli bəy, Güney Azərbaycanda yaşananları, rejimə qarşı etiraz aksiyalarını necə dəyərləndirirsiniz? Fars rejiminin bölgə ilə bağlı planı nədir? 

 - Qərbi Azərbaycan əyalətinin Urmiya bölgəsində yürüdülən siyasət hamıya bəllidir. İranda şah zamanında da həmin bölgədə gərginlik və problemlər mövcud idi. Amma indiki qədər deyildi. Urmiya bölgəsi çox kritik və həssas ərazidir. 1979-cu ildən öncə Qərbi Azərbaycanın hətta İraqla sərhədlərində türklər yaşayırdı. İndi həmin ərazi kürdləşib. Elə kəndlər var ki, yüzdə 90-95 faiz, elə kənd var ki, tamamilə kürdlərdən ibarət hala gəlib. Molla rejiminin bölgəni türksüzləşdirmək, kürdləşdirmək siyasəti şah zamanından daha fərqli, yüz qat daha şiddətlidir. Çünki rejimin qorxuları var. Narahatlıqlardan biri də Urmiya bölgəsi ilə bağlıdır. Qərbi Azərbaycan vilayətinin İraqla sərhədi var. Bu, Qərbi Azərbaycanda yaşayan türklərin İraq və Türkiyə üzərindən Avropa ilə əlaqəsi, dünyaya çıxışı deməkdir. Yəni dünyaya açılan qapı Qərbi Azərbaycan vilayəti, Urmiya şəhəridir. Çaldıran, Maku, Xoy, Sulduz, hətta Salmas şəhərləri sərhəddə olduğuna, coğrafi mövqeyinə görə, çox önəmli yaşayış məntəqələridir. İranın dünyaya açılan qapısının bağlanmasını istəmir. Proseslər molla rejiminin istədiyi kimi cərəyan etdi. Nüfuz baxımından türklər azaldı, kürdlər çoxaldı. İraqın keçmiş rəhbəri Səddam Hüseyn zamanından kürdlər Qərbi Azərbaycan vilayətinə axışmaqdadır. Çoxu elə İraq kürdləridir. Suriya kürdləri də İraqdan keçərək İrana gəliblər. Əvvəl min, sonra yüzminlər, daha sonra milyonlar oldu. Artıq məskunlaşıblar və harasa getmək niyyətləri də yoxdur. Halbuki, bu gün İraqın şimalında ayrıca kürd bölgəsi, muxtariyyəti var və kefləri də kökdür. Ancaq geri qayıtmırlar. Çünki molla rejiminin siyasəti buna imkan vermir, kürdlərə çoxlu imkanlar yaradaraq, güzəştlər tətbiq edərək orada məskunlaşmasını təmin edir. Qışqırıb-bağırsaq da, səsimizi eşidən yoxdur. 1995-ci ildən bu yana türk millətini oyatmağa çalışıram. Türkiyənin həmin bölgəyə yüz il öncə olduğu kimi yenə diqqət yetirməsi zəruridir.


 - Türkiyə bu prosesdə necə rol oynamalı, nəyə diqqət yetirməlidir? 

 - Problem ondadır ki, Türkiyənin şərq bölgəsində, Vanda, Ağrıda, Qars və İğdırda da kürdlərin sayı, təsir imkanları artmaqdadır. Qars və İğdırdan kürd millət vəkilinin seçilməsi nə deməkdir?! Bələdiyyə başqanının kürd olması hansı siqnalı verir? Qardaş Türkiyənin önəmli bölgələrinin kürdləşməsi ağrılı prosesdir. 1915-16-cı illərdə Güney Azərbaycan türklərinə qarşı qətliamlar olub. Kazım Qarabəkir paşa öz ordusu ilə Qərbi Azərbaycan vilayətinə girərək həmin bölgəni kürd, asuri və erməni quldur dəstələrindən təmizləyib. Əfsuslar ki, qardaş Türkiyə bu bölgələrin əhəmiyyətinə çox diqqət yönəltməyib. Nəticə etibarı ilə sözügedən məntəqələr tamamilə kürdləşməyə məruz qalıb. Məqsədli şəkildə bu şəhərləri, kəndləri türklərdən təmizləyir, yerini kürdlərlə doldururlar. Asimilyasiya siyasəti ilə demoqrafiyanı dəyişdirirlər. Göründüyü kimi buna müvəffəq də olurlar. Özüm şahidəm. İranın şəms tarixi ilə 1353-cü ildə (1975-ci il - red) Urmudaydım. Bir ailəyə qonaq getmişdim. Bilirsiz ki, kürdlərin özlərinə xas geyim tərzi, libası var. Şəbüstərli və Təbrizli olaraq kürdləri görməmişdik, tanımırdıq. Urmunun mərkəzində bir-iki kürd gördüm və soruşdum ki, bunlar kimlərdir? Dedilər ki, kürdlərdir. Saylarını soruşdum, əhalinin yüzdə bir, yüzdə ikisi qədər olduğunu söylədilər. İndi kürdlər yüzdə 30-lardadır və arta-arta gedirlər. Bu, təhlükəli tendensiyadır. Urmiyanın Şəhər Şurasında, millət vəkilləri arasında da kürdlər var. Türklər seçkiləri boykot etsələr də, kürdlər çağırış etdilər ki, bütün kürdlər seçkilərdə fəal iştirak etsinlər. 

 - Güney Azərbaycan türklərinin seçkilərdə fəallıq nümayiş etdirməməsinin səbəbi nədir? Bəlkə mənasız, faydasız olduğunu düşünürlər...

 - Bizim səsvermədə fəal olmaqla bağlı Güney Azərbaycan türklərinə çağırışlarımız isə effekt vermədi, sözümüz dinlənmədi. Urmiya indiyədək kürd millət vəkili görməmişdi, amma Tehrandakı 3 millət vəkilindən 2-si kürddür. İran qanunları elədir ki, başqa şəhərlərdəki kürdlər Urmiyaya gələrək öz namizədlərinə səs verə bilirlər. Kənar şəhərlərdə yaşayan kürdlər qışqırıqlarımıza, bağırmaqlarımıza rəğmən, Urmiya, Sulduz, Makuda öz namizədlərini ciddi şəkildə dəstəklədilər və seçilmələrinə nail oldular. Ötənlərdə BBC-yə baxırdım. Xəbər verirdilər ki, dünyanın ən böyük ailəsi Çaldırandadır. Həmin ailə öz üzvlərinin sayı ilə qürrələnirdi. Əvvəlcə çox sevindim, sonra gördüm ki, kürd ailəsindən söhbət gedir. Bax, belə-belə kürdləri Azərbaycan əyalətlərinə köçürür, saylarının artması üçün əllərindən gələni edirlər. Türkiyədə, Diyarbəkirdə bir kürd ailəsi də saylarının çox olması ilə öyünür, deyirdi ki, türklərdə ailədə bir-iki uşaq olur, amma onların ailəsində 50-60 uşaq. Bunlara diqqət yetirmək lazımdır. Yenə deyirəm, Qərbi Azərbaycan bölgəsi çox həssas ərazidir. Molla rejimi türklərin sayını, təsir imkanlarını azaltmaq üçün addımlar atır, onları təhsildən, müasir dünyadan geri saxlamaq niyyəti ilə əlindən gələni edir. 


 - Fars-molla rejimini Azərbaycan və Türkiyə ilə bağlı narahat edən başqa məqamlar nələrdir? 

 - Molla rejiminin ən böyük qorxularından biri Zəngəzur dəhlizinin açılmasıdır. Çünki bu dəhliz Türk dünyasının birləşməsi deməkdir. Zəngəzur dəhlizi Türkiyənin Naxçıvan və Zəngəzur üzərindən Orta Asiyaya uzanan yoludur. Eyni zamanda Orta Asiya türk dövlətlərinin Türkiyəyə rahat çıxış imkanıdır. Rejimin açıq təhdidlərə keçməsinin, narahatlığını ifadə etməsinin əsas səbəbi budur. Ümidvarıq ki, İranın səyləri nəticəsiz qalacaq və Zəngəzur dəhlizi açılacaq. Molla rejimi Ermənistanın sərhədlərinin dəyişməsindən narahatlığını açıq ortaya qoyur, bizi hədələyir. Bunun "qırmızı xətti" olduğunu deyir. Halbuki, indiki Ermənistan əraziləri yüz il öncəyə kimi, yəni zorla bizdən qoparılıb ermənilərə verilənədək tarixi Azərbaycan torpaqları olub. İndi bu reallıq dəyişməyib ki? İranı narahat edən məqam türklərin oyanış yoluna girməsi, birlik, həmrəylik nümayiş etdirmək təşəbbüsləridir. Molla rejimi qətiyyən istəmir ki, Turan yaransın. Türk dünyasının oyanması İranın dünyaya açılan qapısının bağlanması, "gözlərinin kor olması" deməkdir. Molla rejimi bunun fərqindədir. 


 - Urmiya gölünün qurudulması da ciddi problemdir. Göl niyə quruyur, yaxud niyə qurudulur? 

 - Urmiya gölü çox mühüm məsələdir. Əmin olun ki, qəsdən suyu qurudulur. Gölün suyu öz-özünə qurumur. Necə olur ki, Göyçə gölü, Van gölü qurumadı, Urmu gölü qurudu?! Coğrafi olaraq bu göllər bir-birinə çox uzaq ərazilərdə yerləşmir. Deməli, Urmiya gölü molla rejimi tərəfindən məqsədli şəkildə qurudulub. Göldə hədsiz duz, litium və uran var. Litium mineralı çox baha və nadir tapılan elementdir. Uran da çox dəyərli mədən məhsuludur. Məhz urandan nüvə silahının hazırlanmasında istifadə olunur. Bu ərazini Çinə veriblər. Çinlilər və molla rejimi gecə-gündüz çalışaraq Urmu gölünü qurutmağa çalışırlar. Gölə yağış yağmağa belə imkan vermirlər. Buludlar gölün üzərinə gələn kimi texnoloji vasitələrlə dərhal uzaqlaşdırırlar. Göl qurumalıdır ki, loitium, uran və duz rahat daşınsın. Vəziyyət bundan ibarətdir. Bu həqiqətləri hər kəsə, dünya ictimaiyyətinə usanmadan çatdırmalıyıq. Urmu gölü quruyarsa, ətraf ərazilərdə yaşayan 15 milyon adam köçməlidir. Çünki duz qasırğaları, fırtınaları hər yeri bürüyəcək. Bunu öz gözlərimlə görmüşəm. Urmu gölünün kənarındakı kəndlərdə nəzarətçi müəllim işləyirdim. Orada təhsilin durumuna nəzarət edirdim. Şərəfxana bəndəri, limanı yam-yaşıl idi, indi duzlaq çölə çevrilib. 


 - Ötən dövrə nisbətən hazırda Güney Azərbaycanda milli oyanış hansı müstəvidədir? İddia edilir ki, əvvəlki ruh yüksəkliyi qalmayıb...

 - 1996-97-ci illərdə böyük oğlum Həmzə mənə dedi ki, "ata, icazə ver, gedim futbol oyununu seyr etməyə". Soruşdum ki, oyun haradadır? Dedi Təbrizdə, filan stadionda, İranın komandası "Persepolis"lə "Traxtur" oynayacaq. Dedim, get, amma "Traxtur"u dəstəklə. Güldü, dedi ki, "ata, heç kim "Traxtur"u dəstəkləmir axı". Həqiqətən, 90-cı illərdə vəziyyət elə idi, milli komandamızı məsxərəyə qoyurdular, heç kim dəstəkləmirdi. Əksəriyyət "Persepolis"in fanatı idi. Ancaq indi vəziyyət tamamilə dəyişib, Təbrizdən "Persepolis"i dəstəkləyən sadəcə 30 adam çıxar. Yüzminlərə azərbaycanlı "Traxtur"u dəstəkləyir. Orada qiyamət yaradıblar, dünyanın heç yerində belə şey yoxdur. Bu, milli oyanışdır. Urmiya da oyanır. Şəxsən, Urmiyadan bu reaksiyanı gözləmirdim. Onminlər, hətta yüzminlərlə meydanlara tökülüşüb, bozqurd, türklük şüarlarını səsləndirirlər. Şükürlər olsun, bu günləri gördük. Çox böyük bir oyanışdır. Hiss edirəm ki, kürd toplumu da artıq iddialarından geri çəkilməkdədir. Deyirlər ki, "türklərlə qardaşıq, illərlə birlikdə problemsiz yaşamışıq" və s. Biz yaşamasınlar demirik, yaşasınlar, hətta məskunlaşsınlar, amma "bura bizimdir deməsinlər", türkləri sıxışdırmasınlar. Həmin bölgələr tarixi türk yurdudur. Millətimiz nəhayət oyanmaqdadır. Bu proses davam edəcək və fars rejimini boğacaq. Orada bir okean var və artıq həmin okean dalğalanmaqda, ləpələnməkdədir. Onun dalğalarının hündürlüyü 10 metri aşacaq, düşmənləri məhv edəcək, dostlara yaşam, həyat verəcək. Qərbi Azərbaycan türkləri oyanış, dirəniş mərhələsinə qədəm qoyub. Əgər davam edərsə, orada farsa, kürdə yer olmayacaq. Qərbi Azərbaycanda sonra mərkəzi Təbriz olan Şərqi Azərbaycan, sonra Ərdəbil, Zəncan, Qəzvin, Kərəc və Tehrana, oradan Həmədana kimi gedəcək. Hətta Qum da Azərbaycan torpağıdır. 400 min kv.km ərazisi olan, 40-45 milyonluq Güney Azərbaycan türk cümhuriyyəti qurulacaq. Gələcəkdə buna şahidlik edəcəyik. Siz də yaşayın, o günü görün. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Aprel 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see200

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see190

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see135

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see134

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see132

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see130

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see124

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see124

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see122

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see121

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see115

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see113

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see113

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see112

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see112

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see111

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri