Icma.az
close
up
RU
Rusiya və İranın tələ qorxusu: Niyə Zəngəzur?

Rusiya və İranın tələ qorxusu: Niyə Zəngəzur?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlərdə İran və Rusiya mediasında Zəngəzur dəhlizinə qarşı yeni kampaniya başlayıb.

Maraqlıdır ki, hər iki ölkənin bu məsələdəki mövqeyi üst-üstə düşür. Çünki İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın kanallar Zəngəzur dəhlizi İran və Rusiyanı mühasirəyə alan “tələ” adlandırır. Üstəlik, İran rəsmiləri də mütəmadi şəkildə bu dəhlizə qarşı olduqlarını bildirən bəyanatlar səsləndirirlər.

Son günlərdə Rusiya mediasında da bənzər fikirlərə şahid oluruq. Onlar da Zəngəzur dəhlizinin açılmasının Rusiyanın maraqlarına uyğun olmadığını iddia edirlər.  Faktiki olaraq, hazırda İran və Rusiya Zəngəzur dəhlizinin açılmasına əngəl olmağa çalışır. Lakin onların heç biri bu dəhlizin açılmasının qarşısını alacaq gücdə deyil.

AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İran prosesin başından etibarən Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxır:

“Rəsmi Tehran hesab edir ki, Zəngəzur dəhlizinin açılması ilə onların Avropaya yeganə çıxışı bağlanacaq. Lakin Azərbaycan da İranın Avropa açılan qapısı ola bilər, ölkəmizlə daha böyük sərhədləri var. Hərçənd ki, bunu nəzərə almırlar. 

Əslində isə İranın qorxduğu türk dünyasının birləşməsidir. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsi bərpa olunandan sonra ölkəmiz Türkiyə və digər türk dövlətləri ilə quru əlaqəsi olacaq. 

Bununla da türk dövlətləri bir növ birləşəcək. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi Azərbaycanı Turanla birləşdirəcək dəhlizdir. Yəni İran üçün əsas təhdid məhz budur”.

Ekspert qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizinə rus sərhədçiləri nəzarət etməli idi:

“Əgər Zəngəzur dəhlizi Rusiyanın əleyhinə idisə, onda nə üçün Prezident Vladimir Putin ona razılıq verir və üçtərəfli Bəyanata imza atırdı? Yəni “tələ” iddiaları tamamilə absurddur.

Sadəcə olaraq son zamanlarda Azərbaycanla Rusiya arasındakı münasibətlər gərginləşdikdən və Zəngəzur dəhlizinin ABŞ-yə icarəyə veriləcəyi iddiaları yayıldıqdan sonra Moskva dərhal valı tərsinə çevirdi.

Kreml bu səbəbdən Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişib. Rusiya bu dəhlizə ABŞ-nin nəzarət etməsini istəmir, ona görə belə addımlar atır. Sabah Zəngəzur dəhlizinin nəzarətinin Rusiyaya verilməsi gündəmə gəlsə, Kreml ona yenidən çox isti baxacaq. Çünki Zəngəzur dəhlizi Rusiyaya da lazımdır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Zəngəzur dəhlizi Rusiya İran

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri