Mahnısını 35 il sonra yeni versiyada təqdim etdi
Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xalq artisti Faiq Ağayev 35 il sonra “Gəl, gülüm” mahnısını yeniləyib.
Azərbaycan estradasının meqastarı 1991-ci ildə işıq üzü görən və böyük maraqla qarşılanan layihənin remeyk versiyasını təqdim edib.
“Gəl, gülüm” mahnısının musiqisi İlham Abdullayevə, sözləri isə Səlim Həqqiyə məxsusdur. Mahnının yeni nəfəs qazanmasında aranjimançı Jamal Mahmudın imzası var.
Remeyk versiyada solo partiyanı gənc ifaçı Rabil Səfərli səsləndirib. Müasir musiqi elementləri ilə zənginləşdirilən yeni versiya orijinal əsərin ruhunu qorumaqla yanaşı, yeni nəslin musiqi zövqünə uyğun şəkildə təqdim edilib.
Mahnı rəqəmsal platformalarda və F.Ağayevin rəsmi yutub kanalında paylaşılıb.
Qeyd edək ki, F.Ağayev bundan öncə də bir neçə mahnısının remeyk versiyasını təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 İyun 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















