Mahsun Kırmızıgülün səhnədəki jesti ürəkləri fəth etdi (Video)
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Türkiyəli müğənni Mahsun Kırmızıgül konsert zamanı sərgilədiyi səmimi davranışı ilə izləyicilərin rəğbətini qazanıb.
Milli.Az xəbər verir ki, çıxışı zamanı səhnəyə gələn daun sindromlu qızı geri çevirməyən sənətçi onu tək qoymayıb. Mahsun Kırmızıgül balaca pərəstişkarı ilə birlikdə rəqs edərək onun sevincinə şərik olub.
Səhnədə yaşanan duyğusal anlar tamaşaçıların gur alqışları ilə qarşılanıb. Konsertdə olanlar həmin məqamları mobil telefonları ilə lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.
Qısa zamanda yayılan görüntülər internet istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Bir çox izləyici Mahsun Kırmızıgülün həssas və humanist davranışını yüksək qiymətləndirərək sənətçiyə xoş sözlər ünvanlayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 15 İyul 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















