Maka Boçorişvili: Cənubi Qafqazda yaranmış yeni reallıq bölgəyə əlavə dəyər qatır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tbilisi, 22 oktyabr, AZƏRTAC
Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafını alqışlayırıq. Bizim üçün bu prosesi müşahidə etmək çox xoşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən panel iclasda deyib.
Cənubi Qafqazda yaranmış yeni reallıq bölgəyə əlavə dəyər qatır. Bu gün regionda dinamik inkişaf var. Bu, şübhəsiz ki, Cənubi Qafqaz üçün çox unikal bir imkandır. Bölgəmiz kiçik olsa da, yalnız Avropa və Asiya üçün deyil, qlobal səviyyədə çox vacib regiondur”, - deyə M.Boçorişvili vurğulayıb.
XİN başçısı bildirib ki, Gürcüstanı Azərbaycan və Türkiyə ilə onilliklərə söykənən strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Bu münasibətlər çox mühüm layihələrdə öz əksini tapıb və Orta Dəhlizə də əlavə dəyər qatır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















