Putinin həbsinə qərar verənlərə hökm oxundu 15 ilə qədər cəza
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskva Şəhər Məhkəməsinin hakimi Andrey Suvorov Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimləri və prokuroru barədə qiyabi hökm çıxarıb.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, BCM-in sədri Petr Yuzef Hofmanski, onun üç müavini, dörd hakim və prokuror Xan Kərim ittiham olunub.
Məhkəmə BCM-in hakim və prokurorlarını qanunsuz həbs və beynəlxalq qoruma altında olan şəxslərə qarşı həbs hazırlığı ittihamı ilə günahkar sayıb. Hakimlərə 3,5 ildən 15 ilə qədər, prokurora isə 15 il həbs cəzası təyin edilib.
Rusiya Baş Prokurorluğunun açıqlamasına görə, məhkəmə 2022-ci ilin fevral-mart ayları arasında prokuror Xan Kərim tərəfindən rus vətəndaşlarının qanunsuz şəkildə cinayət məsuliyyətinə cəlb olunduğunu müəyyən edib.
2022-ci ilin mart ayında BCM Rusiya Prezidenti Vladimir Putin və Uşaq Ombudsmanı Maria Lvova-Belova haqqında həbs orderi vermişdi. Rusiyanın məhkəmə qərarında bu hərəkətlər qəsdən müharibəyə təhrik və beynəlxalq əlaqələrin gərginləşdirilməsi kimi qiymətləndirilib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Ermənistan Putinin və Netanyahunun həbsinə razıdır
03 Dekabr 2024 20:24
Paşinyan Putinin dostunun həbsinə hazırlaşır kritik gəlişmə
22 May 2025 16:06
Tramp Putinin həbsinə order verən prokuroru cəzalandırıb..?
08 Fevral 2025 19:59
BCM Putinin həbsinə dair orderi ləğv etməyəcək
09 Dekabr 2025 01:35
Papa Putinin həbsinə dair orderin geri götürülməsini istəyir
17 Fevral 2025 10:21
Baxış sayı:80
Bu xəbər 12 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















