Icma.az
close
up
RU
Müəllimləri distant təhsilə hazırlamalıyıq Elmin Nuridən TƏKLİF

Müəllimləri distant təhsilə hazırlamalıyıq Elmin Nuridən TƏKLİF

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Süni intellekt alətlərinin bir-birini ildırım sürətilə əvəzlədiyi bir dövrdə, müxtəlif sahələrdə iş formalarının distanta keçməsi heç də təəccüblü deyil. Onsuz da biz pandemiya dövründə, çox ağır situasiyada, bunu bir yaşıl işıq kimi də sezmişdik. Hamı o zamandan deyirdi ki, inşallah pandemiya geridə qalacaq və biz onun bizə verdiyi bəzi yenilikləri həmişə özümüzlə daşıyacağıq. Şükür olsun ki, geridə qaldı. Düzdür, az qala heç onu xatırlamırıq. Amma bu gün pandemiya dövrünün dünyaya miras verdiyi müsbətlərdən biri distant formadır".

Bu fikirləri Redaktor.az-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Azərbaycanda "distant iş"in qanuniləşməsindən və distant, eləcə də hibrid təhsil formasından danışarkən bildirdi.

Onun sözlərinə görə, distant forma getdikcə inkişaf edir:

"Bu o demək deyil ki, pandemiyaya qədər olmayıb. Olub. Dünyanın bir çox ölkələrində, istər təhsil sahəsində, istər sənaye sahəsində və s. bu, var idi. Amma pandemiya bunu sanki rəsmiləşdirdi, şəxsiyyət vəsiqəsi verdi. Pandemiyadan sonra təkcə distant təhsil istiqamətində elə mükəmməl və çox gərgin işlər görüldü ki, ABŞ, İngiltərə, Çin və bir sıra ölkələrlər milyonlar, milyardlar qazandılar. Mən təkcə bir sahəni deyirəm. Distant formanın bütün həyatı əhatə edəcəyi bir mərhələdə təhsilin bu prosesdən kənarda qalması inandırıcı deyil".

Sektor müdiri vurğuladı ki, söhbət dünyadan gedir:

"Dünyada istər ali təhsil seqmentində, istərsə də orta ümumi təhsil seqmentində distant forma bu gün çox geniş yayılır. Hətta gələcəyin təhsili kimi hibrid formanı da deyirlər. Niyə görə? Təhsil elə bir prosesdir ki, o heç vaxt distant formaya girməz. Amma indiki dövrün tələbləri klassik yanaşmanı tamamilə olmasa da, müəyyən qədər kölgəyə saldı. Buna görə də gələcəyin təhsili hibriddir. Yəni distant təhsillə ənənəvi təhsilin ortaq sintezi. Bunu bütün mütəxəssislər deyirlər. İstəsək də, istəməsək də, bunu necə qəbul etsək də, etməsək də, bu belədir. Bir ölkədə, bir cəmiyyətdə bir az gec, birində bir az tez olacaq. Amma mütləq olacaq".

Müsahibimiz hesab edir ki, biz içində olduğumuz informasiya axınının, böyük internet inqilabının əhatəsində yaşayırıq:

"Bu əhatə daxilində distant təhsildən kənara gedə bilmərik. Gedə bilməyəcəyimiz təqdirdə isə məcburən özümüzü inkişaf etdirməyə çalışacağıq. Günün bu günü müəllimlərimiz distant təhsilə hazır deyil. Distant təhsil o demək deyil ki, kompüterin bu tərəfində mən, o biri tərəfində şagird, mən dərs danışım, o qulaq assın. Yox. Distant təhsilin özünün də mexanizmləri var, strukturu var. Onu necə faydalı etmək, şagird psixologiyasına necə təsir etməyin yolları var. Bununla bağlı işlər görmək lazımdır".

Elmin Nurinin fikrincə, distant təhsillə bağlı çox yaxşı kurslar, təlimlər təşkil etməliyik:

"Ümumi bir mərkəz yaratmalıyıq ki, müəllimlər gəlsin, bundan istifadə etməyi öyrənsinlər. Dünya artıq bu dünyadır. Bu gün sizin əlinizdəki telefon, mənim əlimdəki telefon artıq həm də bizim üçün bir universitet rolunu oynayır. Şəxsən mən Amerika, İngiltərə, İsveçrənin bəzi universitetlərindəki kurslara qatılıb öz təhsilimi inkişaf etdirməyə cəhd etmişəm və bir neçə sertifikat almışam. Mənim kimi 100 minlərlə belə nümunələr var. Bu məqamda müəllimləri biz buna hazırlamalıyıq".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri