Makedoniyalı futbolçu üç nəfəri xilas etdi, özü öldü
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Makedoniyanın "Şkupi" klubunun futbolçusu Andrey Lazarov faciəli şəkildə dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə "Şkupi"nin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, 25 yaşlı futbolçu gecə klubunda baş verən yanğında aldığı yanıqlar nəticəsində dünyasını dəyişib.
Xatırladaq ki, Köçəni şəhərindəki gecə klubunda konsert zamanı pirotexniki vasitələrdən istifadə olunduğu üçün yanğın baş verib. Faciə nəticəsində 150-dən çox insan yaralanıb, 59 nəfər ölüb.
Ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Lazarov reanimasiyaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd olunur ki, Lazarovun ölümünün səbəbi onun digər insanlara yanğından çıxmağa kömək etməyə çalışması, ən azı 3 nəfərin həyatını xilas etməsi olub.
25 yaşlı Lazarov Şimali Makedoniya klubları ilə yanaşı, Xorvatiyanın "Rudes" və "Qoritsa" klublarında çıxış edib. O, Şimali Makedoniyanın gənclər yığmasına çağırılıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 18 Mart 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















